Воскресенье, 05.05.2024, 13:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Февраль » 1 » “Xəzər Lənkəran” lideri məğlub etdi
21:21
“Xəzər Lənkəran” lideri məğlub etdi



Bu gün futbol üzrə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. APA-nın Cənub bürosunun məlumatına görə, XIX turun açılış matçında lider "Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda "Xəzər Lənkəran”ı qəbul edib.

 

Qonaqlar oyuna baş məşqçsiz çıxıblar. Mustafa Dənizli yüksək təzyiqlə əlaqədar xəstəxanaya yerləşdirildiyindən, onun funksiyalarını əsas köməkçisi Oğuz Çətin yerinə yetirib. Oyun gərgin və maraqlı mübarizə şəraitində keçib. İlk yarıda "Qarabağ” bir neçə əlverişli imkandan yararlana bilməyib. Bir neçə epizodda "Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı təhlükəli zərbələrin qarşısını alıb.

 

İkinci hissəyə isə qonaqlar daha fəal başlayıblar. Bunun məntiqi nəticəsi kimi 49-cu dəqiqədə "ağ-yaşıllar” hesabı açıblar. Künc zərbəsindən sonra Adrian Skarlatake topu başla "Qarabağ”ın qapısından keçirib. Qalan dəqiqələrdə meydan sahiblərinin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Bununla da "Xəzər Lənkəran” 1:0 hesablı qələbə sayəsində xallarını 25-ə çatdırıb və ən azı bir günlük 6-cı pilləyə yüksəlib. Digər tərəfdən, cənublular Dənizlinin baş məşqçi postuna gəlişindən sonra ardıcıl 5-ci matçda (4-ü çempionat, 1-i ölkə kuboku) məğlub olmayıblar . Bu oyunlarda 4 qələbəyə nail olan Lənkəran komandası cəmi 1 heç-heçə ilə kifayətlənib. 14 turdan sonra növbəti ev məğlubiyyəti ilə üzləşən "Qarabağ” isə 36 xalla 1-ci pillədə qalsa da, liderliyini itirmə təhlükəsi ilə üzləşib.

 

Turun qalan oyunları fevralın 2-də keçiriləcək:

Просмотров: 211 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2014  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
2425262728