Понедельник, 06.05.2024, 14:34
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 19 » "Xəzər Lənkəran"lı məşhur futbolçu "Bakı" ya transfer oluna bilər
15:33
"Xəzər Lənkəran"lı məşhur futbolçu "Bakı" ya transfer oluna bilər


"Xəzər Lənkəran" klubunun daha bir futbolçusu "Bakı"ya keçə bilər. Ötən mövsüm Uinston Parksı transfer edən "Bakı" bu dəfə Lənkəran təmsilçisinin yarımmüdafiəçisi Julius Vobaya "elçi" düşüb.

Qol.Az-ın müxbiri ilə söhbətində "Bakı" klubunun Marketinq və Mətbuat Departamentinin rəhbəri Nəriman Mehdiyev belə danışıb:

"Komandamız hazırda Antalyadadır. Sabah Bakıya qayıdacaqlar. Vobayın transferi ilə bağlı isə klubun vitse-prezidenti Zeynal Məmmədov ətraflı məlumat verə bilər.

Vobayın komandaya transferi mümkündür. Bildiyimə görə, futbolçunun "Xəzər Lənkəran"la müqaviləsi bitib. Bu səbəbdən də Vobayın digər kluba keçməsi normal haldır. Bununla belə, hələlik məsələ ilə bağlı rəsmi məlumat yoxdur".

Qeyd edək ki, Vobay viza problemləri ilə əlaqədar hazırda Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkləran"ın düşərgəsinə yollana bilməyib.
Просмотров: 259 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031