Суббота, 27.04.2024, 13:16
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 7 » “Xəzər Lənkəran” Kosta-Rika klubunun prezidentini Azərbaycana çağırdı
14:09
“Xəzər Lənkəran” Kosta-Rika klubunun prezidentini Azərbaycana çağırdı


Kosta-Rikanın "Kartagines” klubunun prezidenti Xose Luis Rodriges futbolçu Rendall Brenes”in "Xəzər Lənkəran”a transferi ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycana yollanıb. Lent.az-ın "Kartagines”in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rodrigeslə birgə 29 yaşlı hücumçunun özü və agenti Adolfo Ernandes də səfərə çıxıb.


Ötən həftə tərəflər arasında futbolçunun keçidinə dair danışıqlar aparılıb. Danışıqları yekunlaşdırmaq və müqavilə imzalamaq üçün Kosta-Rika klubunun rəsmiləri ölkəmizdə olacaqlar.

Öz növbəsində, "Xəzər Lənkəran” klubunun mətbuat katibi Yalçın Əliyev xəbəri Lent.az-a təsdiqləyib. Onun sözlərinə görə, səfər Lənkəran təmsilçisinin dəvəti əsasında baş tutub. "Kartagines” rəsmilərinin səfəri danışıqlar yekunlaşanadək davam edəcək.

Qeyd edək ki, Rendall Brenes 13 avqust 1983-cü ildə Kosta-Rikanın Kartago şəhərində anadan olub. 1,73 m boya malik forvard peşəkar karyerasına 2003-cü ildə "Kartagines” klubunda başlayıb. Sonradan o, Norveçin "Bodo Glimt” və Konqsvinger” komandalarında çıxış edib. "10 nömrə” 2010-cu ildə "Kartagines”ə qayıdıb və 44 oyuna 22 qol vurub. 2005-ci ildən Kosta Rika millisinə də dəvət alan Brenes 16 matçda 5 qol vurub.
Просмотров: 263 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829