Вторник, 07.05.2024, 01:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 18 » “Xəzər Lənkəran” klubu 2 legionerdən imtina edib
17:34
“Xəzər Lənkəran” klubu 2 legionerdən imtina edib


"Xəzər Lənkəran”a baxışa gətirdiyi legionerlər haqda qərar verib. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

O bildirib ki, baxışa çağırılan belaruslu futbolçular - qapıçı Anton Kovalevski ilə yarımmüdafiəçi Maksim Karpoviçin xidmətində maraqlı deyillər: "Onları sınadıq və bizə lazım olmadılar. Hər 2 belaruslu futbolçunu geri qaytaracağıq. Komandamızın düşərgəsində olan gənc yerli futbolçulardan yalnız Akif Tağıyevlə ilkin anlaşma əldə etmişik. Digərləri ilə bağlı yekun qərar verilməyib.
Bu məsələləri komandamız Antalyaya təlim-məşq toplanışına yollananadək aydınlaşdıracağıq”.

"Xəzər Lənkəran” yanvarın 16-da Türkiyəyə təlim-məşq toplanışına yollanaraq, fevralın 3-də Vətənə dönəcək.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü olan belaruslulardan Kovalevski vətənində Jodinonun "Torpedo”, Karpoviç "Naftan” klubundan gəlib.
Просмотров: 243 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031