Суббота, 27.04.2024, 15:02
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 2 » “Xəzər Lənkəran”ın sabiq futbolçusu ölümdən qurtuldu
20:46
“Xəzər Lənkəran”ın sabiq futbolçusu ölümdən qurtuldu


"Xəzər Lənkəran”ın sabiq futbolçusu Culius Vobay yeni klubu – Misirin "Əl-Məsri” komandasının "Əl-Əhli” ilə qalmaqallı görüşü zamanı meydançada yox, tribunada azarkeşlər arasında olub. Lent.az-ın məlumatına görə, həmin vaxt sierra-leoneli yarımmüdafiəçi həmkarları ilə birgə oyuna baxırmış.


Vobay yanvarın 31-də "Əl-Məsri” klubu ilə müqavilə bağlayıb. Rumıniya mətbuatı yayadək nəzərdə tutulan anlaşmanın 100 min dollar dəyərində olduğunu yazıb. Onun adı komandasının "Əl-Əhli” ilə oyun üçün start heyətinə daxil edilməyib. "Əl-Məsri”nin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra iki komanda oyunçuları arasında toqquşma baş verib. Nəticədə 74 nəfər ölüb. 28 yaşlı oyunçu isə heç bir xəsarət almayıb.

Qeyd edək ki, Culius Vobayla "Neftçi” və "Bakı” klublarının da maraqlandığı, lakin onun 500 min dollar istəməsi üzündən klublarımızdan heç birinə transferinin baş tutmadığı bildirilir.
Просмотров: 265 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829