Воскресенье, 28.04.2024, 23:35
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 20 » “Xəzər Lənkəran”ın hücumçusu sıradan çıxdı
15:17
“Xəzər Lənkəran”ın hücumçusu sıradan çıxdı


"Xəzər Lənkəran”ın daha bir futbolçusu sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, "Bakı” ilə oyunun 18-ci dəqiqəsində aldığı zədə ucbatından Kazım Kazımlı ilə əvəzlənən Dmitris Sialmasın ən azı 2 həftə komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.   

Bundan başqa, "Bakı” ilə oyunda sadəcə yer doldurmaq xatirinə adı protokola salınan Vandersonun sağalması üçün bir həftəyə qədər vaxt lazım olacaq. Bu isə o deməkdir ki, braziliyalı müdafiəçi "Kəpəz”lə oyunda da komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran”da daha bir itki Eder Bonfimlə bağlıdır. O, uzun müddətə sıradan çıxdığından, komandaya yalnız fevralda kömək edə biləcək. 

Bununla belə, cənublular üçün sevindirici xəbər də var. Topaz Premyer Liqasının VII turu çərçivəsində "Turan”la keçirilən qarşılaşmada aldığı qrmızı vərəqə sonrası AFFA İntizam Komitəsi tərəfindən 6 oyunluq cəzalanan Elnur Allahverdiyevin cəza müddəti artıq bitmişdir. Futbolçu "Kəpəz”lə oyunda komandasının müdafiəsində yerini ala biləcək.
 
Просмотров: 199 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930