Понедельник, 29.04.2024, 03:16
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 2 » ”Xəzər Lənkəran”ın fəxri prezidenti komandanın məşqçilər korpusu ilə görüşüb
15:46
”Xəzər Lənkəran”ın fəxri prezidenti komandanın məşqçilər korpusu ilə görüşüb


Bugün "Xəzər Lənkəran" Futbol Klubunun fəxri prezidenti Mübariz Mənsimov Lənkəranda komandanın baş məşqçisi Yunis Hüseynov və onun məşqçi korpusu ilə görüş keçirib. Görüşdə klubun prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov da iştirak ediblər.
 

Cənab Mənsimov komandanın qarşıdan gələn Avropa Liqası oyunlarına hazırlığı barədə maraqlanaraq, məsul görüşlər öncəsi oyunçuların fiziki və psixoloji durumu barədə baş məşqçinin hesabatını dinləyib. Klubun fəxri prezidenti klub rəhbərliyi və şəxsən onun tərəfindən komandaya lazım olan bütün dəstəyin verildiyinə zəmanət verməklə, komandadan layiqli və uğurlu nəticəni gözlədiyini və bu nəticənin qazanılacağına inamını bildirdi.

"Xəzər Lənkəran"ın fəxri prezidentinə komandanın hazırlığı barədə ətraflı məlumat verən baş məşqçi Yunis Hüseynov da öz növbəsində uğurlu nəticənin qazanılması üçün komandanın özünün bütün gücünü maksimal şəkildə və faydalı məcrada istifadə edəcəyinə söz verdi. Baş məşqçi və onun köməkçiləri cənab Mənsimova komandaya göstərdiyi bu diqqətə görə təşəkkürlərini bildirərək, bu görüşün komandadaxili əhval-ruhiyyəyə olduqca müsbət təsir edəcəyinə əminliklərini bildirdilər.
Просмотров: 239 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031