Среда, 08.05.2024, 06:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 1 » “Xəzər Lənkəran” “Harts”dan qapıçı alır
14:39
“Xəzər Lənkəran” “Harts”dan qapıçı alır


Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevi transferə çıxaran "Xəzər Lənkəran” bu mövqedəki problemi həll etmək üzrədir. Apasport.az saytının məlumatına görə, artıq cənub təmsilçisinin düşərgəsinə yeni qolkiper dəvət olunub. Bu, Slovakiya millisinin üzvü Marian Kellodur.   

Karyerasına vətənində başlayan 30 yaşlı futbolçu 2001/02 mövsümündə "Koşitse”, 2002-07-ci illərdə "Vitkovitse”nin şərəfini qoruyub. 2007/08-ci illərdə Litvada legioner həyatı yaşayan qapıçı "Kaunas”da forma geyinib.

2008-ci ildə Şotlandiyaya transfer olunan Marian son 4 mövsümü "Harts”da keçirib. Premyer Liqada 78 oyuna çıxan qolkiper Böyük Britaniyada bir sıra titullar qazanıb. Kello 2011-ci ildə Premyer Liqada fevralın ən yaxşısı seçilib, 2010/11 mövsümünün isə "ən yaxşı qurtarışı” nominasiyasında qalib olub. 

Ötən ay İngiltərə "İpsviç”ində baxışda olan futbolçu indi də "Xəzər Lənkəran”da sınaqdan keçməlidir. Baş məşqçi Yunis Hüseynovun bəyənəcəyi halda, onu komandada saxlanılmasına qərar veriləcək.

Qeyd edək ki, ötən il Slovakiya yığmasında debüt edən Kello millidə 3 oyun keçirib.
 
Просмотров: 210 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031