Вторник, 07.05.2024, 00:23
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 25 » “Xəzər Lənkəran” hakimlərimizin də qaldığı oteli qələbə ilə tərk etdi
17:22
“Xəzər Lənkəran” hakimlərimizin də qaldığı oteli qələbə ilə tərk etdi


"Xəzər Lənkəran” futbol klubu Türkiyənin Antalya şəhərinin Bələk qəsəbəsində qaldığı oteli dəyişib. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, buna "Spice” otelindəki həddən artıq sıxlıq səbəb olub.

Yanvarın 25-də səhər saatlarında Lənkəran komandasının üzvləri azərbaycanlı hakimlərin, Peşəkar Futbol Liqası rəsmilərinin və bir qrup jurnalistin də qaldığı oteli tərk ediblər. Onlar "Gloriya” otelinə yollanıblar. Yerdəyişmə öncəsi "ağ-yaşıllar” ikinci yoldaşlıq görüşünü keçiriblər.
Rəqib Almaniyanın "Volfsburq” klubunun ikinci heyəti olub. "Spice” otelinin meydançasında baş tutan görüşü müxtəlif klubların nümayəndələri, menecerlər və moldovalı məşqçilər də izləyiblər. Məşqçilər korpusu bu görüşün start heyətində əsasən gənclərə üstünlük veriblər. Elvin Mirzəyev, Kamran Abdullazadə, Fikrət Ulduzlu, Akif Tağıyev ilk dəqiqələrdən meydançada olublar. Türkmənistan millisinin üzvü Elman Talqayev də ilk "11-lik”də yer alıb. Fasilədən sonra isə Azərbaycan millisinin üzvləri - qapıçı Kamran Ağayev, yarımmüdafiəçi Rahid Əmirquliyev də meydançaya çıxıb.

Görüş "Xəzər Lənkəran”ın qələbəsi ilə nəticələnib – 2:1. Bütün qollar ikinci hissədə vurulub. 63-cü dəqiqədə Elnur Abdullayev gözəl aşırma zərbəsi ilə "Xəzər Lənkəran”ı önə keçirib. 8 dəqiqə sonra rəqib komanda hesabda tarazlıq yaradıb. Lakin 77-ci dəqiqədə millimizin daha bir üzvü Branimir Subaşiç dəqiq zərbə ilə yekun nəticəni müəyyənləşdirib. Bu, "Xəzər Lənkəran”ın təlim-məşq toplantısında ardıcıl ikinci qələbəsi olub. Daha öncə "ağ-yaşıllar” Türkmənistan millisindən üstün olublar.
Просмотров: 235 | Добавил: apacenub | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031