Воскресенье, 05.05.2024, 18:05
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Февраль » 7 » "Xəzər Lənkəran"dan "Neftçi"yə sərt mesaj: "İşimizə qarışmağa haqqınız yoxdur"
15:47
"Xəzər Lənkəran"dan "Neftçi"yə sərt mesaj: "İşimizə qarışmağa haqqınız yoxdur"


"Lənkəran şəhər stadionu oyuna tam hazırdır”. Bu sözləri apasport.az saytına açıqlamasında "Xəzər Lənkəran” klubunun direktoru Höccət Hacıyev deyib.
 
Ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti bir çox stadionların vəziyyətinə də təsirsiz ötüşməyib. Lakin cənub təmsilçisinin rəsmisi bu baxımdan heç bir problem olmadığını bildirib: "Narahatçılığa əsas yoxdur. Yenidən qar yağsa belə, biz lazım olan tədbirləri görəcəyik. "Neftçi” ilə matçın təxirə salınmasından və ya başqa stadionda keçirilməsindən söhbət gedə bilməz”.
 
Hacıyev bazar günü Topaz Premyer Liqasının XX turu çərçivəsində "Xəzər Lənkəran”la "Neftçi” arasında baş tutacaq görüşün statusunun biletlərin qiymətinə təsir etməyəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, biletlərin dəyəri digər oyunlarda olduğu kimi, 2 manat təşkil edəcək.
 
Höccət bəy matçın televiziya vasitəsi ilə canlı yayımlanmamağına etiraz edən "Neftçi” rəsmilərinin iradına da münasibət bildirib. O, qarşı tərəfin səsləndirdiyi fikirlərin yersiz olduğunu ifadə edib: "Əvvəla, oyun klubun saytında canlı yayımlanacaq. Digər tərəfdən, biz bu cür məsləhət görmüşük. "Neftçi”nin işimizə qarışmağa haqqı yoxdur".
Просмотров: 551 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2014  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
2425262728