Понедельник, 06.05.2024, 02:02
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 14 » “Xəzər Lənkəran”dan aldığım təklif çox cəlbedici idi”
13:28
“Xəzər Lənkəran”dan aldığım təklif çox cəlbedici idi”


"Xəzər Lənkəran”dan aldığım təklif çox cəlbedici idi. Xüsusilə, müqavilənin maliyyə tərəfi. Bu pulu Polşada oynamaqla yalnız 2 klubda əldə etmək olar – "Lex” və "Visla”da. Amma təəssüf ki, keçidim baş tutmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri polşalı futbolçu Lukaş Modey deyib.  

2 ay əvvəl "Xəzər Lənkəran”ın düşərgəsində baxışda olan yarımmüdafiəçi karyerasını Azərbaycanda davam etdirmək istəyinin səbəbini açıqlayıb: "Bu, o demək deyil ki, başqa ölkələrdə pul yoxdur. Kiprdə də, Yunanıstanda da yaxşı pul verirlər. Mən öz ölkəsinin top-komandalarından olan bir klubda oynamaq istəyirdim. Yəni avrokuboklara iddialı olan, hər dəfə qitə arenasına çıxan və daxili arenada iddiası olan 1 klubda oynamaq istəyirdim. Bu üzdən də "Xəzər Lənkəran”la danışıqlar aparırdım. Çünki "Xəzər Lənkəran” məhz belə komandadır”.
 
Просмотров: 321 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930