Понедельник, 29.04.2024, 03:14
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 13 » “Xəzər Lənkəran” daha bir əcnəbi futbolçu ilə yollarını ayırıb
19:42
“Xəzər Lənkəran” daha bir əcnəbi futbolçu ilə yollarını ayırıb



Lənkəran. Ağəddin Babayev – APA. Daha bir əcnəbi futbolçu "Xəzər Lənkəran”  komandasının tərkibindən uzaqlaşdırılıb. APA-nın Cənub bürosunun məlumatına görə, əvvəllər Turkiyə Superligasında çıxış edən və bu ilin avqust ayında Mersin İdman Yurdu Klubundan "Xəzər Lənkəran”  klubuna transfer edilən 31 yaşlı Beto ləqəbli braziliyalı hücumçu Andre Roberto Suares da Silva ümidləri doğrultmadığı üçün komandanın heyətindən xaric olunub. Belə ki, "Xəzər Lənkəran”ın heyətində 5 rəsmi oyunda çıxış edən braziliyalı forvard bu oyunların heç birində fərqlənə bilməyib. Hücümçü yalnız komandanın "Kəpəz”lə oynadığı yoldaşlıq görüşündə qapı torunu iki dəfə silkələməyə macal tapıb. Bu, Betonun "Xəzər Lənkəran”ın heyətində fərqləndiyi yeganə oyun olub.

Qeyd edək ki, klubla Andre Roberto Suares da Silvanın əməkdaşlığına qarşılıqlı razılıq şəklində son qoyulub.

Просмотров: 221 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930