Понедельник, 06.05.2024, 21:43
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 20 » “Xəzər Lənkəran”da şok: Kamran Ağayev klubu tərk etdi
19:18
“Xəzər Lənkəran”da şok: Kamran Ağayev klubu tərk etdi


Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev "Xəzər Lənkəran”ın düşərgəsini tərk edib. 
Bu haqda Lent.az-a klubun icraçı direktoru Höccət Hacıyev məlumat verib.  

O bildirib ki, Ağayev komandanın düşərgəsindən özbaşına ayrılaraq, Bakıya üz tutub. Hacıyev əsas heyətə qaytarılmasından sonra qapıçıya azarkeşlər və rəhbərlik tərəfindən heç bir təzyiq edilmədiyini vurğulayıb. "Xəzər Lənkəran” rəsmisi Ağayevin cəzalandırılacağını istisna etməyib. 


Kamran Ağayev Avropa Liqasının II təsnifat mərhələsində Polşa "Lex”i ilə cavab görüşündən sonra "Xəzər Lənkəran” rəhbərliyi tərəfindən transferə çıxarılıb. Lakin o, yay transfer dövründə heç bir komandaya keçməyib. AFFA prezidenti Rövnəq Abdullayev klubun fəxri prezidenti Mais Mənsimova müraciət etdikdən sonra Ağayev əsas heyətə qaytarılıb. O, yığmamızın oktyabrın 16-da Rusiya ilə keçirdiyi 2014-cü il dünya çempionatının seçmə qrup oyununun ardından "Xəzər Lənkəran”ın məşqlərinə qatılmışdı. 

Qeyd edək ki, Kamran Ağayevin "Xəzər Lənkəran”ı məhz azarkeşlərin təzyiqi nəticəsində tərk etməsi barədə ilk xəbəri futbolpress.az saytı yayıb.
Просмотров: 248 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031