Воскресенье, 28.04.2024, 22:43
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 6 » “XƏZƏR LƏNKƏRAN” AVROLİQADA QƏLƏBƏ QAZANA BİLMƏDİ
19:45
“XƏZƏR LƏNKƏRAN” AVROLİQADA QƏLƏBƏ QAZANA BİLMƏDİ



Iyulun 5-də futbol klublarımız Avropa Liqasında mübarizəyə başlayıb. İlk olaraq "Xəzər Lənkəran” meydana çıxıb. Lənkəran klubu "Fırtınalar meydanı”nda Estoniyanın "Nomme Kalyu” klubunu sınağa çəkib. Stadionu tamamilə dolduran azarkeşlər erkən qola şahidlik edib. Belə ki, "Nomme Kalyu”nun yapon futbolçusu Hidetoşi Vakau 5-ci dəqiqədə hesabı açıb. Cəmi iki dəqiqə sonra Branimir Subaşiç tarazlığı bərpa edib. 31-ci dəqiqədə Manuel Skarlatake "Xəzər Lənkəran”ı hesabda önə keçirib. Təmsilçimiz bundan sonra çoxsaylı qol imkanlarını boşa verib və əvəzində estonlar bərabərlik qolunu vurub. 70-ci dəqiqədə Eyno Puri fərqlənib. Bununla da oyun 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu "Xəzər Lənkəran”ın Avropada 6-cı cəhdidi. Komanda indiyədək nəyinki mərhələ adlamayıb, heç qələbə də qazana bilməyib – 11 oyun, 5 heç-heçə, 6 məğlubiyyət.

 

Просмотров: 214 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031