Суббота, 04.05.2024, 17:49
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 7 » "Xəzər Lənkəran" 1, "Neftçi" 3, AZAL 6 qolla sevindi
19:27
"Xəzər Lənkəran" 1, "Neftçi" 3, AZAL 6 qolla sevindi



Bu gün keçirilən 6 qarşılaşma ilə Azərbaycan Premyer Liqasında 2011/12-ci il mövsümünün təsnifat mərhələsinə yekun vurulub. Ölkə çempionatının iştirakçıları təxirə salınan XIX turun oyunlarında qüvvəsini sınayıb.

AZAL doğma azarkeşləri önündə "Sumqayıt"ı qəbul edib. Sumqayıt təmsilçisi Premyer Liqanın debütantı olduğundan rəqiblər bu mövsümədək üz-üzə gəlməmişdi. Komandalar arasında baş tutan ilk və hələlik yeganə oyun isə ötən ilin sonlarında keçirilmişdi. Raabın komandası həmin qarşılaşmada qələbə qazanmağı bacarmışdı. İlk altılığa düşə bilməyən AZAL-dan fərqli olaraq "Sumqayıt" elitada qalmaq uğrunda mübarizə aparır. Buna baxmayaraq, bugünki görüşdə də qonaqlar məğlubiyyətlə üzləşməli olublar.

Onsuz da çətin günlərini yaşayan "Turan" üçün "Xəzər Lənkəran" çətin rəqib sayılırdı. Baş tutan 15 oyunda lənkəranlıların 11 qələbə qazanması da bunu göstərirdi. "Turan" isə sonuncu dəfə bu rəqibdən 882 gün əvvəl xal almış və sonrakı 4 matçda uduzmuşdu. Bu görüşdə də Biçərin komandası minimal hesablı nəticəni bayram edib.

"Kəpəz" "Qəbələ"ni qonaq edib. İlk dəfə ötən mövsüm üz-üzə gələn rəqiblər bütün oyunlarda heç-heçə ilə kifayətlənmişdilər. Həm təsnifat, həm də final mərhələsində qarşılaşan tərəflər arasında balans bu mövsüm pozuldu. Artıq 2 oyundu "Kəpəz"dən qol buraxmayan "Qəbələ" şəxsi oyunlarda qələbə qazanan ilk komanda oldu. Bu dəfəki matçda isə Gəncə təmsilçisi əzmkar qələbə sevindi.

"Simurq" uzun müddət "Qarabağ" üçün ən çətin rəqiblərdən sayılıb. Bunun nəticəsi idi ki, Unibank Premyer Liqasının 2010/11-ci il mövsümünədək ağdamlılar bu rəqib üzərində qələbəyə həsrət idi. Lakin 8 oyunluq uğursuz seriyaya son qoyan Ağdam klubu artıq 792 gün - 3 qarşılaşmadı ki, rəqibinə xal vermirdi. Son 2 qələbəni səfərdə əldə edən Qurban Qurbanovun yetirmələri bu 2 matçda qapısından qol da buraxmamışdı. Zaqatalalılarla keçirilən bu qarşılaşmada da Qurbanovun komandası qapısını toxunulmaz saxlayaraq, 2 cavabsız qolla qələbə qazandı.

Turun mərkəzi görüşü isə paytaxtda baş tutub. Burada "Bakı" və "Neftçi" klubları üz-üzə gəlib. Bu komandalar arasında paytaxt derbisi 3 hissədən ibarətdi: paytaxtın eyniadlı təmsilçisinin "Polis Akademiysı"nın bazasında yaradıldığı 1997-ci ilədək olan 2 matç, "Dinamo" dövrü və "Bakı" adı altındakı oyunlar. Ümumi balansda üstünlüyü aşkar olan "Neftçi" son illər də həmşəhərliləri ilə oyunlarda daha yaxşı nəticə qazanır. 427 gündən sonra "Neftçi"dən xal almağa və qol vurmağa çalışan "Bakı" ötən ildəki hər 3 qarşılaşmada rəqibinə uduzmuşdu. 427 gün əvvəlki məğlubiyyət "Neftçi" üçün son 8 derbidə yeganə idi. "Ağ-qaralar" bugünki derbidə də meydanı qələbə ilə tərk etməyi bacardı.

"İnter" klubu paytaxtın "Rəvan" komandasını qəbul edib. Son turda səfərdə "Bakı"ya məğlub olan "bankirlər" bu görüşün əsas favoriti hesab olunurdular. Kaxaber Sxadadzenin komandası bu oyunda qalib gəlməklə ən azı ikinci pillədəki mövqeyini qorudu.

Unibank Premyer Liqası XIX tur

7 mart (çərşənbə)

AZAL - "Sumqayıt" - 6:3
Qollar: Tales şütz, 31; 70, Zuheyr Benuahi, 34; 53, Arsenyeviç, 55, Tərlan Xəlilov, 72 - Orxan Əliyev, 54, Uğur Pamuk, 76, Emin Mustafayev, 77 (pen)
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Yaşar Abbasov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. AZAL Arena stadionu.

"Turan" - "Xəzər Lənkəran" - 0:1
Qol:
Subaşiç, 2
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Elşən Acalov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Kərim Ağayev.
Tovuz. Şəhər stadionu.

"Kəpəz" - "Qəbələ" - 3:2
Qollar:
Sabir Allahquliyev, 71, Yuri Fomenko, 77, Suares, 90+1 - Baranin, 37, Kamanan, 90
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əmir Zamanov.
Gəncə. Şəhər stadionu.

"Qarabağ" - "Simurq" - 2:0
Qollar:
Rəşad Sadıqov, 23, Vüqar Nadirov, 51
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Ağdam. Quzanlı qəsəbə stadionu.

"Bakı" - "Neftçi" - 1:3
Qollar:
Nurlan Novruzov, 87 - Ruslan Abışov, 7, Rəşad Abdullayev, 35, Ruslan Əmircanov, 40
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

"İnter" - "Rəvan" - 1:0
Qol:
Niasse, 43
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İlham Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. "Şəfa" stadionu.

Komanda O Q H M Qollar Xallar
1 Neftçi 22 16 1 5 45-17 49
2 İnter 22 13 6 3 21-10 45
3 Xəzər Lənkəran 22 13 5 4 33-19 44
4 Qarabağ 22 12 5 5 27-14 41
5 Bakı 22 10 5 7 27-22 35
6 Qəbələ 22 10 5 7 27-23 35

7 AZAL 22 8 5 9 35-36 29
8 Rəvan 22 6 7 9 23-29 25
9 Kəpəz 22 6 4 12 26-38 22
10 Simurq 22 5 4 13 18-34 19
11 Sumqayıt 22 4 3 15 16-37 15
12 Turan 22 3 2 17 13-33 11
Просмотров: 226 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031