Понедельник, 06.05.2024, 22:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 18 » “Ulduz” filmində bəzi səhnələr Astaranın Ərçivan kəndində qurulan ləmdə çəkilib
17:41
“Ulduz” filmində bəzi səhnələr Astaranın Ərçivan kəndində qurulan ləmdə çəkilib


"Ulduz” bədii filmində Məhəmməd və Züleyxanın oynadığı səhnələr Astaranın Ərçivan kəndində qurulan ləmdə lentə alınıb.

Məlumata görə, vaxtilə təkcə Astaranın Ərçivan kəndində 50-yə yaxın ləm mövcud olub. Sonralar təbii fəlakətlərin təsirindən və ya baxımsızlıqdan tikililər dağıntıya məruz qalıb. Yay fəslində ailənin rahat oturub-durması, qonaq qəbul etməsi və gecələməsində ləmlərin böyük rolu olub.
 
Hazırda bu nadir arxitektura nümunəsi Ərçivan kənd sakini Əsədulla Musayevin həyətində olduğu kimi saxlanılıb. Burada 1963-cü ildə məşhur "Ulduz” bədii filmində Məhəmməd və Züleyxanın oynadığı səhnələr məhz bu ləmdə lentə alınıb.
 
Ləmlər əsasən yaşayış evlərinə yaxın ərazidə, bağlarda inşa edilib. Kvadrat formasında olan bu tikili 2 və 3 mərtəbəli olur. Bünövrəsi qırmızı kərpicdən, digər hissələri yerli meşə materiallarından çəkilən şalban və taxtalardan, damı isə suval deyilən kirəmitdən düzəldilib. Maraqlı cəhət odur ki, tikintisində istifadə olunan ağac materialları bir-birinə keçirmə yolu ilə işlənib və ümumiyyətlə, mismardan istifadə edilməyib.
Просмотров: 326 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031