Понедельник, 29.04.2024, 01:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 24 » Türkiyəli jurnalistlər Lənkərana səfər ediblər
18:48
Türkiyəli jurnalistlər Lənkərana səfər ediblər


Lənkəran. Ağəddin Babayev – APA. Türkiyənin TRT dövlət telekanalı, «Anadolu» Dövlət Agentliyi, «İhlas» və «Cihan» xəbər agentliklərinin təmsilçiləri noyabrın 23-24-də Lənkəranda olublar. APA-nın Cənub bürosunun məlumatına görə, səfər Lənkəran Turizm İnformasiya Mərkəzinin dəvəti ilə reallaşıb.

 

Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Seyidəhməd Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı icra başçısı iki qardaş ölkə arasında əlaqələrin gündən-günə daha da möhkəmləndiyini bildirərək, nümayəndə heyətinə Lənkəranın tarixi, onun mədəniyyəti və iqtisadiyyatı ilə bağlı ətraflı məlumat verib.

 

Səfirin müşaviri S.Arslan Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra daha da möhkəmlənəcəyinə inamını ifadə edib. Lənkəranın güclü turizm potensialına malik olduğunu xüsusi qeyd edən diplomat, belə gözəl diyarda yaşayıb işləməyin xoş olduğunu fərəh hissi ilə söyləyib.

 

Görüşün sonunda S.Arslan T.Qaraşova Türkiyə səfirliyi adından xatirə hədiyyəsi təqdim edib. Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən isə qonaqlara Lənkəran çayı hədiyyə olunub.

 

Səfər zamanı Türkiyənin bölgələri Lənkəran ziyalılarına tanıdılıb, eyni zamanda Lənkəran bölgəsinin də Türkiyədə tanıdılması üçün informasiya mübadiləsi aparılıb. Lənkəran şəhər Mərkəzi Kitabxanasına müxtəlif məzmunlu elmi, ensiklopedik, bədii, tarixi və s. kitablar hədiyyə olunub, Lənkəran Dövlət Universitetində turizm sahəsində tədris alan tələbələri ilə məlumat mübadiləsi aparılıb.

 

Səfər çərçivəsində səfirliyin nümayəndələri cənub bölgəsinin təbiəti, tarixi yerləri, mədəniyyəti ilə də yaxından tanış olublar.

Просмотров: 214 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930