Четверг, 02.05.2024, 01:13
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Апрель » 10 » TQDK sədri Masallıda vətəndaşları qəbul edib
18:24
TQDK sədri Masallıda vətəndaşları qəbul edib



Masallı. Ağəddin Babayev – APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Masallı şəhərindəki Gənclər Mərkəzinin binasında Biləsuvar, Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan sakinlərlə görüşərək onların müraciətlərini dinləyib. APA-nın cənub bürosunun məlumatına görə, qəbulda gün ərzində ümumilikdə 50-dək vətəndaş iştirak edib. Görüşə gələnlərin müraciətlərinin çoxu şəxsi xarakter daşısa da, komitə sədrinin səlahiyyətlərinə aid məsələlərə də rast gəlinib. Bəzi orta məktəb müəllimləri M. Abbaszadəyə ayrı-ayrı fənlər üzrə test kitabçalarını tərtib etmək arzusunda olduqlarını dilə gətiriblər. Şəxsi müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi, aidiyyəti qurumlara çatdırılması və nəzarətə götürülməsi üçün qeydiyyata alınıb. Qəbula gələnlər həmçinin cənub bölgəsində təhsilin səviyyəsi, bu sahədə mövcud olan problemlər, buraxılış və qəbul imtahanları ilə bağlı təklif və istəklərini TQDK sədrinin diqqətinə çatdırıblar.

 

Analoji tədbir sabah Lənkəranda Astara, Lerik və Lənkəran rayonları sakinlərinin iştirakı ilə davam etdiriləcək.

Просмотров: 270 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Апрель 2013  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930