Суббота, 04.05.2024, 15:04
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 30 » TQDK sədri Cəlilabadda vətəndaşları qəbul edib
19:44
TQDK sədri Cəlilabadda vətəndaşları qəbul edib



Cəlilabad. Ağəddin Babayev - APA. Yanvarın 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Cəlilabad şəhərində vətəndaşları qəbul edib.APA-nın cənub bürosunun məlumatına görə, qəbulda Cəlilabadla yanaşı, Lənkəran, Astara, Masallı, Biləsuvar, Lerik və Yardımlı rayonlarının sakinləri iştirak ediblər.

 

TQDK sədrinə edilən müraciətlərin çoxu təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olub. Vətəndaşlar növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında edilmiş dəyişikliklər, qəbul qaydalarında tətbiq olunan yeniliklər, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları, buraxılış və monitorinq imtahanları və s. məsələlərə dair M.Abbaszadəyə rəy və sorğularını çatdırıblar. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmaqla nəzarətə götürülüb.


Просмотров: 258 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031