Воскресенье, 05.05.2024, 12:48
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Февраль » 5 » Təhsil naziri Cəlilabadda vətəndaşları qəbul edəcək
20:28
Təhsil naziri Cəlilabadda vətəndaşları qəbul edəcək



Təhsil naziri Mikayıl Cabbarov fevralın 10-u saat 11:00-da Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.  Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya "Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.


Просмотров: 230 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2014  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
2425262728