Понедельник, 29.04.2024, 03:33
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 28 » Süleyman Mikayılov: “İndi olimpiyaçılarımızın yanında olmaq, həmişəkindən qat-qat vacibdir”
16:23
Süleyman Mikayılov: “İndi olimpiyaçılarımızın yanında olmaq, həmişəkindən qat-qat vacibdir”


"Boksçularımızın olimpiadada uğur qazanacaqlarına inanıram”. Bunu apasport.az saytının Londona ezam olunmuş əməkdaşına Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov deyib.    

Mikayılovla Londonda Olimpiya kəndində görüşdük. Boksçularla bir yerdə olan vitse-prezident onlara federasiyanın prezidenti Kəmaləddin Heydərovun salam və tövsiyələrini çatdırıb. Olimpiya kəndindəki vəziyyətlə yaxından tanış olan federasiya rəsmisi boksların qaldıqları otaqları bir-bir gəzib, sonra məşqçilərlə ayrıca söhbət edib və məşq şəraiti ilə yaxından tanış olub. 

Ardından Mikayılov olimpiada ilə bağlı fikirlərini açıqlayıb: "Yarışların başlanmasına az qalır. Onlardan diqqət və qayğını əsirgəmirik. Hesab edirəm ki, indi olimpiyaçılarımızın yanında olmaq, həmişəkindən qat-qat vacibdir. Bu, onların psixoloji durumuna yaxşı təsir edir. Yarış qabağı həyəcan və stressə güc gəlməyə kömək edir”.
 
Просмотров: 263 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031