Вторник, 07.05.2024, 15:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 21 » Sel suları Lerikdə magistral yolda nəqliyyatın hərəkətində çətinliklər yaradıb
14:52
Sel suları Lerikdə magistral yolda nəqliyyatın hərəkətində çətinliklər yaradıb


Ötən gecə cənub bölgəsinə yağan güclü yağış dağlıq Lerik rayonunda problemlərə səbəb olub. Lerik Rayon 43 saylı Yol İstismar İdarəsinin rəisi Elxan Əliyevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, intensiv yağan yağışlar dağ çaylarında suyun artmasına və daşqınlara səbəb olub. Nəticədə həyati əhəmiyyət kəsb edən Lənkəran-Lerik şose  yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu gün səhər saat 7.00 radələrindən yolun 17, 23, 35, 37, 41 və 43-cü kilometrliklərində torpaq uçqunları nəticəsində maşınların hərəkətində 30 dəqiqəyə yaxın fasilələr yaranıb. Hadisə yerinə gələn Lerik Rayon 43 saylı Yol İstismar İdarəsinin qəza briqadasının və ağır texnikasının sözü gedən ərazilərdə nəqliyyatın hərəkəti bərpa olunub.

     Hazırda Lənkəran-Lerik yolunda təmir-bərpa işləri davam edir. 

Просмотров: 224 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031