Вторник, 07.05.2024, 02:50
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 10 » Şair Şəkər Aslanın anım günü keçirilib
16:06
Şair Şəkər Aslanın anım günü keçirilib


Lənkəran. Ağəddin Babayev – APA. Oktyabrın 10-da Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Şəkər Aslanın anadan olmasının ildönümü münasibətilə onun doğulub boya-başa çatdığı Lənkəranın Boladi kəndində anım günü keçirillib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin məsul katibi İltifat Saleh açıb.

 "Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, poliqrafçı alim Şəddad Cəfərov, Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Məmməd Həbib,  "Aşkarlıq” qəzetinin baş redaktoru Etibar Əhədov, ədəbiyyatşünas Musa Babayev, həkim-stomatoloq Mirsayad Babayev və başqaları  Şəkər Aslanla bağlı xatirələrini dilə gətirməklə bərabər, şairin yaradıcılığının məziyyətlərindən danışıblar.

Sonda məktəblilərin ifasında Şəkər Aslanın şeirləri səsləndirilib.

Qeyd edək ki, Şəkər Aslan 1935-ci il oktyabrın 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olub. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində ali təhsil alıb. Ədəbi fəaliyyətə "Sosialist subtropikası" rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan "Koreyalı bacıma" adlı şerlə başlayıb. Sonralar "Leninçi" adı ilə nəşr olunan həmin qəzetin redaksiyasında ədəbi işçi (1964-1968), Azərbaycan KP Lənkəran rayon komitəsində təlimatçı vəzifəsinə çalışıb. 1970-ci ilin sentyabrından 1990-cı ilin yanvar ayınadək  "Leninçi" qəzetinin redaktoru işləyib. "Sən kimsən, ata?" (1982) və  "Birtərəfli hərəkət" (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri, "Söz" jurnalının təsisçisi və  baş redaktoru olub.
1995-ci il iyulun 13-də vəfat edib.

 

Просмотров: 312 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031