Суббота, 04.05.2024, 14:18
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 24 » Səlim Müslümov Lənkəranda vətəndaşları qəbul edib
16:21
Səlim Müslümov Lənkəranda vətəndaşları qəbul edib


Lənkəran. Ağəddin Babayev - APA. Yanvarın 24-də Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında cənub bölgəsindən olan vətəndaşları qəbul edib.

 

APA-nın cənub bürosunun məlumatına görə, qəbul zamanı Lənkəranla yanaşı, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarından ümumilikdə 100 nəfərə yaxın sakinin müraciətləri dinlənilib. Müraciətlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatı və s. məsələlər üstünlük təşkil edib.

 

Müraciətlərdə qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb, digərləri isə nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə araşdırılması üçün qeydiyyata alınıb. Nazir S.Müslümov müraciətlərdə qaldırılan bütün məsələlərin obyektiv və ədalətli şəkildə araşdırılaraq konkret tədbirlər görülməsi və nəticəsi barədə nazirliyin rəhbərliyinə və vətəndaşlara məlumat verilməsi barədə aidiyyatı strukturların rəhbərlərinə göstəriş verib.

 

Qəbul zamanı həmçinin bəzi vətəndaşların müraciətləri dinlənilərkən onların müvafiq qanunvericilik barədə məlumatsız olduqları da müəyyən edilərək, hüquqi izahat işi aparılıb. Sonda ehtiyacı olan 5 nəfər vətəndaş əlil arabaları ilə təmin olunub. 

Просмотров: 235 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031