Понедельник, 29.04.2024, 02:37
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 24 » Rusiya aviaşirkəti Lənkəran və Gəncəyə biletlərin qiymətini artırıb
12:43
Rusiya aviaşirkəti Lənkəran və Gəncəyə biletlərin qiymətini artırıb


Rusiyanın «Ural Hava Yolları» aviaşirkəti Lənkərandan Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərinə yerinə yetirdiyi aviareyslərə biletlərin qiymətini artırıb. 
Bu barədə APA-nın Cənub bürosuna sərnişinlər məlumat verib.  

Onların sözlərinə görə, bir ay öncə Lənkəran-Moskva aviareysi üzrə birtərəfli biletin qiyməti 107-110 manat təşkil edirdisə, hazırda bu qiymət 200 manat olub. Həftədə bir dəfə uçan Lənkəran-Sankt-Peterburq və Lənkəran-Yekaterinburq reyslərinin qiyməti isə iki dəfədən də çox bahalaşıb. Belə ki, bu reyslər üzrə birtərəfli gediş haqqı bir neçə həftə öncə müvafiq olaraq 140 və 210 manat idisə, bu gün artıq 315 manat və 336 manat təşkil edir.

Rusiyanın «Ural Hava Yolları» aviaşirkətinin Lənkəran nümayəndəliyindən APA-nın yerli bürosuna sözügedən reyslərə bahalaşmanın mövsümi xarakter daşıdığı bildirilib: «Yay mövsümi ilə əlaqədar sərnişin axını artıb. Amma çox güman ki, bir neçə müddətdən sonra yenə də müxtəlif istiqamətlərə biletlərin qiymətinin enməsi ehtimalı var».

«Ural Hava Yolları»nın Bakı ofisindən APA-ya bildirilib ki, biletlərin qiymətinin artması həmçinin Gəncə-Moskva aviareysində də qeydə alınıb. Belə ki, əgər bundan öncə bir istiqamətə biletin qiyməti 178 manat təşkil edirdisə, hazırda Gəncə-Moskva aviabiletinin qiyməti 295 manat olub: «Gəncə-Sankt-Peterburq aviareysinə biletin qiyməti isə dəyişməz olaraq 285 manat qalıb».

Şirkətdən həmçinin bildirilib ki, «Ural Hava Yolları» hazırda Bakıdan Moskvaya, Yekaterinburqa, Permə, Çelyabinskə və Omska uçuşlar yerinə yetirir: «Bakıdan sözügedən istiqamətlərə aviabiletlərin qiymətlərində artım qeydə alınmayıb».
 
Просмотров: 265 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031