Вторник, 07.05.2024, 04:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 18 » Rejissor Baba Rzayevin 70 illik yubileyi qeyd olunacaq
18:16
Rejissor Baba Rzayevin 70 illik yubileyi qeyd olunacaq


Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının rejissoru, respublikanın əməkdar incəsənət xadimi Baba Rzayevin 70 illik yubileyi qeyd olunacaq. Bu barədə məlumatı APA-nın cənub bürosuna teatrın direktoru İslam Həsənov verib. Onun sözlərinə görə, baş rejissorun yubiley mərasimi martın 27-də Beynəlxalq teatr günü ilə eyni vaxta təsadüf edəcək.

Qeyd edək ki, Baba Rzayev Azərbaycanın Lerik rayonunda anadan olub. İki ali məktəbi – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və A.V.Lunaçarski adına Moskva Teatr İnstitutunu bitirib. 1982-ci ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışır. Azərbaycan və xarici ölkə dramaturqlarının əllidən çox səhnə əsərinə quruluş verən B.Rzayev 1988-ci ildə teatr sənətinin inkişafındakı xidmətlərinə görə əməkdar incəsənət xadimi fəxri ada layiq görülüb.
Просмотров: 276 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031