Понедельник, 06.05.2024, 10:44
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 4 » Qurban Yetirmişli: “Xəzər dənizinin Lənkərana yaxın hissəsində seysmik aktivlik bir qədər artıb”
16:09
Qurban Yetirmişli: “Xəzər dənizinin Lənkərana yaxın hissəsində seysmik aktivlik bir qədər artıb”


"Xəzər dənizinin Lənkərana yaxın hissəsində seysmik aktivlik bir qədər artıb”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, son günlər bu ərazidə dalbadal 4 zəlzələ qeydə alınıb. Onlardan birinin maqnitidası 4,2, qalanları bir qədər zəif zəlzələlər olub: "Bu, həmin ərazidə baş verən tektonik qırılmalar nəticəsində yer daxilində gedən geodinamik proseslərin nəticəsində baş verir”. 

 Q. Yetirmişli deyib ki, ölkənin digər ərazilərində seysmik aktivlik fon səviyyəsindədir. Son aylar daha aktiv olan Şəki-Zaqatala bölgəsində də seysmiklik fon səviyyəsinə düşüb.
Просмотров: 242 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930