Пятница, 19.04.2024, 21:18
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 28 » “Qızıl Pambıq” Biləsuvar Qısametrajlı Film Festivalı layihəsinin icrasına start verilib
13:54
“Qızıl Pambıq” Biləsuvar Qısametrajlı Film Festivalı layihəsinin icrasına start verilib

Biləsuvarda “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qızıl Pambıq” adlı “Biləsuvar Qısametrajlı Film Festivalı” layihəsinin icrasına başlanılıb. Birliyin meneceri Tural Nəsirovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, layihənin əsas məqsədi Biləsuvar rayonunda yaşayan yeniyetmələr və gənclər arasında kinoteatr mədəniyyətinin təbliğini stimullaşdırmaq, onların bu sahəyə diqqət və marağını artırmaq,  kino sahəsində gənc rejissorların filmlərinin baxışını və müzakirəsini keçirməklə, tamaşaçı ilə istedadlı rejissorlar araında təmas qurmaq, eyni zamanda rayonda keçirilən mədəni-kütləvi tədbirlərin dinamikasına təkan verməkdən ibarətdir. Bütün bunlarla yanaşı, layihə rayon gənclərinin kütləvi seyr vərdişlərini formalaşdırmaq, onların asudə vaxtını effektiv keçirmək və dövlət sifarişi ilə çəkilən filmlərin təbliğatı baxımından da mühim əhəmiyyət kəsb edəcəkdir.

T.Nəsirovun sözlərinə görə, ilkin olaraq nümayiş olunacaq filmlərin seçimi aparılacaqdır. Layihəyə cəlb olunmuş gənc Azərbaycan rejissorları tərəfindən həyata keçiriləcək seçimdə əsas üstünlük rejissor işi və milli-mənəvi dəyərlərə, gənclərin intellektual maariflənməsinə veriləcəkdir. Sonrakı mərhələdə isə təbliğat və təşviqat işlərinin aparılması, görüşlərin, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Festivalın keçirilməsinə dəstək verilməsi məqsədilə Biləsuvar rayon Gənclər və İdman idarəsi, Təhsil Şöbəsi, Mədəniyyət və Turizm İdarəsi ilə sıx əməkdaşlığın qurulması planlaşdırılıb.

Festival çərçivəsində 15-ə yaxın qısametrajlı filmin nümayişi nəzərdə tutulub. Layihədən ümumilikdə 3000- nəfərin faydalanacağı gözlənilir.

Просмотров: 255 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728