Пятница, 19.04.2024, 16:14
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 2 » Qızıl oğurluğu və narkotik alveri ilə məşğul olan Astara sakinləri tutulub
16:56
Qızıl oğurluğu və narkotik alveri ilə məşğul olan Astara sakinləri tutulub

Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara rayonunda qızıl oğurluğu və narkotik maddələrin satışı və istifadəsi ilə məşğul olan şəxslər zərərsizləşdirilib. APA-nın cənub bürosunun məlumatına görə, bu, Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri sayəsində mümkün olub.

Belə ki, polis tərəfindən şübhəli şəxs qismində saxlanılmış rayonun Şahağacı kənd sakini Şəhriyar Teymur oğlu Dadaşovun üzərinə baxış keçirilərkən, 1 ədəd bükümdə təmiz çəkisi 0,595 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. İlkin araşdırmalardan Ş.Dadaşovdan götürülmüş narkotik vasitənin onun həmkəndlisi İlqar Səfərəli oğlu Süleymanovdan əldə etdiyi müəyyən olunub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Süleymanov isti izlərlə saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 6 bükümdə külli miqdarda ümumi çəkisi 2,918 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İ.Süleymanovda aşkarlanmış heroinin həmkəndlisi Mirzağa Akif oğlu Səmədovun vasitəsi ilə digər həmkəndlisi Həqiqət Dadaş qızı Məmmədovadan əldə edilməsi müəyyənləşdirilib.

Hər dörd şəxs tutularaq istintaq orqanlarına təhvil verilib.

Ibtidai istintaqın gedişində həmçinin müəyyənləşdirilib ki, saxlanılan Mirzağa Səmədov vətəndaş Kamilə Əhmədağa qızı Səmədovaya məxsus rayonun Şahağacı kəndində yerləşən evinə qanunsuz girərək oradan 21 manat nağd pul və 3650 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyaları oğurlayıb.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 234.1 və 234.4.3 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Просмотров: 310 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728