Воскресенье, 05.05.2024, 23:04
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Май » 2 » Qırx yaşlı Lənkəran sakini intihara cəhd edib
12:27
Qırx yaşlı Lənkəran sakini intihara cəhd edib



Azərbaycanın Lənkəran şəhərində intihara cəhd hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 23.00 radələrində şəhərin Axundzadə küçəsi, 42 ünvanında qeydə alınıb. Adı çəkilən ünvanda yaşayan 1972-ci il təvəllüdlü Zülfüqar Xeyrulla oğlu Kazımov üstünə neft tökərək, özünü yandırmaqla intihara cəhd edib. Hadisədən tez xəbər tutan yaxınları Z.Kazımovun üst-başını bürüyən alovu söndürərək, təcili onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırıblar. MRX-nin qəbul şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Zülfüqar Kazımov xəstəxanaya II və III dərəcəli - bütün bədən səthinin termiki alov yanığı diaqnozu ilə qəbul olunub. Onun üzərində lazımi tibbi tədbirlər həyata keçirilib, amma vəziyyəti ağırdır.

İlkin versiya kimi Z.Kazımovun intihara cəhd etməsinə anası ilə şəxsi mübahisənin səbəb olduğu bildirilir.

 Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Просмотров: 269 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2012  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031