Понедельник, 29.04.2024, 06:22
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 7 » Qarpızı kəsirsən, içindən...
21:00
Qarpızı kəsirsən, içindən...


Qarpız və yemişin orqanizmə faydası çoxdur. Yemiş bədənə rütubət verir. Sidikqovucu və tərqovucudur, həmçinin böyrəklərdə daş yaranmasının qarşısını alır. Yeni ana olmuş xanımlar yemiş yeməklə süd artımına nail ola bilərlər. Yemiş qabığının təpitməsi burun sulanmasına qarşı faydalıdır. Qarpız isə orqanizmdən xolesterini qovduğuna görə podaqra xəstəliyində, artritlərdə, aterosklerozda, hipertoniyada istifadə olunur. 
Yüksək mədə turşuluğunda qarpız və çörəkdən ibarət pəhriz çox faydalıdır. Piylənmə zamanı qarpızı gündə 2-3 kq-dan az olmayaraq yemək məsləhətdir. Qarpız C və A vitaminləri baxımından olduqca zəngindir. Tərkibində olan likopen prostat xərçəngi riskini də azaldır. Adamın hərarətini alan və sərinlədici təsir göstərən bir meyvədir. Qarpız yağsız bir qidadır, ancaq enerji istehsalını artırır.

KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası Bakıda bir sıra yerlərdə satışa çıxarılan qarpız və yemişlərin tərkibini yoxlayıb. Analizlərdə onların bəzilərində nitratın miqdarının çox olduğu aşkarlanıb. Laboratoriyanın rəhbəri Yaqub İbrahimov mətbuata məlumat verib ki, bu il satışa çıxarılan yerli, Türkiyə və İrandan idxal edilən qarpız və yemişlərin tərkibi ilə bağlı analizlərin nəticələrini müsbət qiymətləndirmək olar:

"Bu sahədə vəziyyət, demək olar, müsbətə doğru dəyişir. Amma bəzi yemiş və qarpız nümunələrində nitratın normadan artıq miqdarı aşkar edilib. Belə məhsullar satışdan çıxarılıb və müvafiq tədbirlər görülüb".

Tərkibində normadan artıq nitrat olan qarpızlar isə, təbii ki, zəhərlənmələrə səbəb ola bilir. Bu məhsullar təbii yolla deyil, istixanalarda yetişdirilir və ona normadan artıq üzvi, qeyri-üzvi gübrələr verilir. Normadan artıq gübrə ilə yetişdirilən qarpızlar isə günün altında qalanda orda reaksiya gedir və nitrat turşusu digər maddələrlə qarışıb zəhərli bir maddə yaradır. Həmin qarpızlar günəş altında çox qalanda vəziyyət daha da ağırlaşır. Yəni gün vurur, qarpız xarab olur, bu isə satıcını qətiyyən maraqlandırmır. Ona görə maraqlandırmır ki, ona qarpızın günün altında qalması yox, onun satılması lazımdır. Satıcı qarpızı satır, bununla da öz işini bitmiş hesab edir. Yük isə o qarpızı alan kəsin çiyninə düşür.

Respublikanın baş toksikoloqu İsmayıl Əfəndiyev hesab edir ki, qarpızdan zəhərlənmə ondan düzgün istifadə edilmədikdə yaranır:

"Əksər halda səbəb qarpızın yuyulmadan kəsilməsi olur. Belə olduğu halda qarpızın üzərində olan mikroblar bıçaq vasitəsilə onun daxilinə ötürülür və bu da mikrobların inkişafına şərait yaradır. Bununla belə, qarpızdan qidalanmaya düzgün riayət edilməlidir ki, zəhərlənmə baş verməsin. Buna səbəb əsasən məhsulun xörəkdən sonra yeyilməsi olur. Əslində, qarpız xörəkdən əvvəl yeyilməlidir. Ümumiyyətlə, meyvə-tərəvəz xörəkdən 30-40 dəqiqə əvvəl yeyilməlidir. Qarpız isə xüsusilə. Qarpız yağlı xörəkdən sonra yeyildikdə mədənin üst hissəsinə yığılır. Yemək 2 saata qədər sorulur, mədənin üst hissəsində qalan qarpız isə bu müddət ərzində qıcqırmağa başlayır. Bu da ürəkbulanma və qusmaya gətirib çıxarır. Zəhərlənməyə səbəb günəş şüalarının təsiri nəticəsində məhsulun tərkibinin dəyişməsi də ola bilər".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də xəbərdarlıq edir ki, qarpızdan istifadə zamanı son dərəcə ehtiyatlı olmaq vacibdir:

"İlk növbədə bostan məhsullarının haradan alınmasına diqqət yetirmək vacibdir. Günəş şüalarının birbaşa təsirinə məruz qalan məhsulu almaqdan çəkinmək lazımdır. Maşın yollarının kənarında, küçələrdə satılan qarpızların tərkibi qlükoza ilə reaksiyaya girdiyindən toksik maddələr əmələ gəlir. Ona görə də yaxşı olar ki, bostan məhsulları alarkən bağlı və çərçivəyə alınmış xüsusi yerlərdə, həmçinin yollardan xeyli aralı məsafədə saxlanılan məhsullara üstünlük verilsin".

İmran Abdullayev məsləhət görür ki, qarpızı kəsməzdən əvvəl onu yaxşıca yumaq lazımdır. Hətta bu məhsulu sabun və qaynanmış su ilə yumaqla ondan gələn təhlükəni əngəlləmək mümkündür. Əgər qarpızın zolaqları sarımtıl və ya qəhvəyi rəngdədirsə, bu onun tərkibinin qənaətbəxş olmamasından xəbər verir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə başqa məqamlara aydınlıq gətirdi. Bildirdi ki, qarpız-yemiş becərənlərin yetərli aqrar bilikləri olmadığından məhsuldarlığı artırmaq üçün torpağa həddindən artıq kimyəvi gübrələr verirlər. Onun sözlərinə görə, 5-6 kq-dan böyük qarpız almaq məsləhət deyil. Əgər qarpızın qabığının qalınlığı 1 sm-ə yaxındırsa, sıxanda xışıldamırsa, çəkisi həddindən artıq çoxdursa, kəsəndə çəhrayı rəng verirsə, içərisində böyük ağ zoğlar varsa, insanlar belə qarpızı almaqdan vaz keçməlidirlər.

Bostan bitkiləri ilə bağlı Azərbaycanda ciddi problem yaşandığını deyən ekspert vurğuladı ki, qarpız və yemişin yetişdirilməsində mümkün qədər çox pestisid və nitratlardan istifadə olunur: "Bostan məhsullarına o qədər nitrat vururlar ki, bəzilərini yeyərkən də ağızda bu kimyəvi maddənin dadı hiss olunur. Belə çıxır ki, bostan bitkilərinin becərilməsində nəyin nə qədər istifadə olunmasına nəzarət edilmir".

"Ayna"
Просмотров: 277 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031