Понедельник, 29.04.2024, 08:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 31 » Prezident İlham Əliyev Lənkəran rayonuna səfər edib
13:56
Prezident İlham Əliyev Lənkəran rayonuna səfər edib


İyulun 31-də Azərbaycan prezidenti İlham Əliyev Lənkəran rayonuna səfər edib. APA-nın "AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında ümummilli liderin abidəsini ziyarət edib.   Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır.

Lənkərana səfəri çərçivəsində prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib. 

Dövlət başçısına məlumat verilib ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənib.

Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Mənsur Ağayev göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlıq edib. Sonda xatirə şəkli çəkdirilib.
 
Prezident İlham Əliyev Lənkəranda Heydər Əliyev xatirə parkında inşa olunacaq Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

APA-nın "AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısına məlumat verilib ki, yeni yaradılacaq Gənclər Mərkəzinin ümumi sahəsi bir hektar, tikintialtı sahəsi isə 850 kvadratmetr olacaq. Burada geniş abadlıq-quruculuq işləri görüləcək. İkimərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaq.

Prezident İlham Əliyev Gənclər Mərkəzinin təməlini qoyub. Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Azərbaycan Prezidentinə Lənkəran şəhərində yeni inşa edilən yaşayış kompleksi barədə də məlumat verilib. Bildirilib ki, kompleks hər biri yeddimərtəbəli 14 binadan ibarətdir. Burada 133 mənzil var. Onlardan beşi bir otaqlı, beşi iki otaqlı, 49-u üç otaqlı, 29-u dörd otaqlı, 45-i isə beş otaqlıdır. Yaşayış sahəsi 20 min 941 kvadratmetr olan kompleks üçün ümumilikdə 2,39 hektar sahə ayrılıb. 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də respublikanın cənub bölgəsinə səfəri çərçivəsində Lənkərandakı Bayraq Meydanında yaradılan şəraitlə də tanış olub. Dövlət başçısının diqqətinə çatdırılıb ki, ölkədə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir.

Qeyd olundu ki, Bayraq Meydanının inşasına bu ilin mayında başlanılıb. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Təbii mərmərlə üzlənmiş iki metr hündürlüyündəki postamentin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub. 
Burada Azərbaycan Prezidenti İlham Əliyevin dövlət bayrağına ehtiramını əks etdirən ayrıca guşə də fəaliyyət göstərir.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran sərhəd dəstəsi qarnizonunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edb.

APA-nın xəbərinə görə, DSX rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlət başçısı qarnizonda yaradılmış şəraitlə tanış olub. Azərbaycan Prezidentinə DSX-nin digər hərbi hissələrində aparılan tikinti işlərinin layihələri barədə məlumat verilib.
Prezident İlham Əliyev qarnizonun istifadəsində olan hərbi texnikaya da baxıb. Bildirilib ki, qarnizonun müasir hərbi texnika ilə təchiz olunması sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.
Dövlət başçısı qarnizonda yaradılmış şəraiti yüksək qiymətləndirib.
 


Просмотров: 270 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031