Суббота, 04.05.2024, 10:03
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 13 » Prezident İlham Əliyev Azərbaycanın cənub bölgəsində səfərdədir
20:17
Prezident İlham Əliyev Azərbaycanın cənub bölgəsində səfərdədir



17:57


AzərTAc xəbər verir ki, Prezident İlham Əliyev martın 13-də Masallıda "Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Masallıda 1,2 min tonluq soyuducu anbar kompleksi və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi tikilmişdir. Layihəyə 5 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 1 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti təşkil edir.

Qeyd edildi ki, soyuducu anbar və istixana komplekslərinin inşası zamanı "Aqrolizinq” ASC-dən də ümumi dəyəri 2,4 milyon manat olan avadanlıq və köməkçi vasitələr lizinq yolu ilə alınmışdır. Komplekslərin tikintisinə 2011-ci ildə başlanmışdır. Layihənin icrası nəticəsində 60 nəfər işlə təmin olunmuşdur.

Bildirildi ki, İtaliya avadanlığı ilə təchiz edilmiş soyuducu anbar kompleksi Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi meyvə-tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın tələbatının təmin olunmasına imkan yaradacaqdır. Türkiyə və Niderland texnologiyası əsasında qurulmuş istixana kompleksində istehsal olunacaq tərəvəz məhsulları xarici ölkələrə də ixrac ediləcəkdir. Daxili və xarici bazarların tərəvəz məhsulları ilə davamlı təmin edilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən də istifadə etməklə istixana kompleksinin ərazisinin daha 2 hektar genişləndirilərək 4 hektara çatdırılması nəzərdə tutulmuşdur.

"Masera” MMC-nin soyuducu anbar və istixana kompleksləri ilə tanış olan Prezident İlham Əliyev kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

----------
17:24

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyev martın 13-də Masallı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanmışdır.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Birinci mərtəbədə 3D formatlı 120 tamaşaçı yeri olan kino zalı, sərgi salonu, elektron və pnevmatik tir otaqları, pleysteyşn otağı və rəsm qalereyası vardır. İkinci mərtəbədə isə 30 nəfərlik konfrans zalı, xarici dil kursu, 15 nəfərlik kompyuter kursu, elektron və multimedia kitabxana, karaoke otağı və kafe yerləşir.

Qeyd edildi ki, mərkəzdə müasir işıq, istilik, havalandırma və ən son texnologiyaya əsaslanan səs avadanlığı quraşdırılmışdır. Bütün kompyuterlər yüksək surətli internetə qoşulmuşdur. Bütövlükdə yeni mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində və onların intellektual səviyyələrinin artırılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev Gənclər Mərkəzinin konfrans zalında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonundan olan gənclərinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

----------
17:03


AzərTAc xəbər verir ki, martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı mədəniyyət evinin təmirdən əvvəlki vəziyyətini və təmir işlərinin gedişini əks etdirən stendə baxdı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinə məlumat verdi ki, 1956-cı ildə inşa olunmuş mədəniyyət evi əsaslı şəkildə təmir edilməmişdir. Rayonun bu əsas mədəniyyət ocağının təmirinə ötən ilin avqustunda başlanmışdır.

Qeyd edildi ki, 358 yerlik tamaşaçı salonundan və digər yardımçı otaqlardan ibarət üçmərtəbəli mədəniyyət evinin bütün infrastrukturu hazırda tamamilə yenidən qurulur. Mədəniyyət evi təmirdən sonra yenidən rayonun əsas mədəni-kütləvi tədbirlər mərkəzinə çevriləcəkdir.

Mədəniyyət evində aparılan əsaslı təmir işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

----------
16:36


AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də "Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə çərçivəsində yenidən qurulacaq Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı ikinci layihə çərçivəsində görülən işləri əks etdirən stendlərə baxdı.
"Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Məmmədsadıq Quliyev Azərbaycan Prezidentinə məlumat verdi ki, Masallıda su təchizatı sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır. Tikintisi 1990-cı ildə dayandırılan kanalizasiya təmizləyici qurğu da yararsız vəziyyətdədir.

Qeyd olundu ki, yeni layihə əsasında Masallı şəhərində adambaşına düşən suyun həcmi gün ərzində 180 litr hesablanmışdır. Bu isə 2030-cu il üçün supaylayıcı şəbəkəyə 24 saat ərzində su verməklə ildə 2 milyon 400 min kubmetr su tələbatı deməkdir. Masallı şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün Viləşçay su anbarı əsas mənbə kimi qəbul olunmuşdur. Yeni layihə çərçivəsində həcmi 5 min kubmetr olan su anbarının inşası da təklif edilmişdir. İçməli su Viləşçay anbarının çıxışından təxminən 400 metr məsafədə yerləşən təmizləyici stansiyaya öz axını ilə daxil olacaqdır. Həmin stansiyanın maksimal gücü gündəlik 22 min kubmetr təşkil edəcəkdir. Bu da Masallı və Cəlilabad rayonlarının içməli su ilə təchizatını təmin etmək üçün kifayətdir. Həmin qurğudan gündəlik 6 min 566 kubmetr su eyni ərazidə yerləşəcək yeni anbara veriləcəkdir və buradan su öz axını ilə boru xətti vasitəsilə supaylayıcı şəbəkəyə ötürüləcəkdir.

Bildirildi ki, içməli su şəbəkəsi 5 min kubmetrlik anbarı, uzunluğu 6,8 kilometr, diametri 630 millimetr olan magistral kəmərdən və 121,5 kilometr uzunluğunda, diametri 110-400 millimetrlik paylayıcı su xətlərindən ibarət olacaqdır. Masallı şəhərindəki bütün evlərin bu şəbəkəyə qoşulması təmin ediləcəkdir. Yeni layihəyə əsasən, çirkab su şəbəkəsi və daşıyıcı kollektorların ümumi uzunluğu 111,1 kilometr, boruların diametr isə 200 millimetrdən 800 millimetrə qədər olacaqdır. Toplanan çirkab suları ümumi gücü 37 min əhali ekvivalentinə hesablanmış, saniyədə 242 litr suyu təmizləmək qabiliyyətinə malik, genişləndirilmiş, aerasiya tipli təmizləyici qurğu vasitəsilə emal ediləcəkdir. Bu qurğunun istənilən məsafədən idarə olunması üçün müvafiq SKADA sistemi quraşdırılacaqdır. Hazırda "Meliorasiya və Su Təsərrüfatı” ASC Masallıdan başqa, "Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə çərçivəsində Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Cəlilabad, Yardımlı və Lerikdə də müvafiq layihələr həyata keçirir.

Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Masallı şəhərinin yeni su-kanalizasiya sisteminin təməlini qoydu.

Dövlətimizin başçısı gilizi təmələ buraxdı və beton qarışığı tökdü.

Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verdi.

----------
15:58


AzərTAc xəbər verir ki, martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı Masallı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümummilli liderin adını daşıyan park yenidən qurulmuşdur. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılmışdır. Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait vardır.

----------
14:22


AzərTAc xəbər verir ki, Astara rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun 10 kilometrlik hissəsi əsaslı təmir olunmuşdur. Bu yoldan Kijəbə qəsəbəsinin və 9 kəndin 12 minə yaxın əhalisi, eyni zamanda, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 kəndində yaşayan 7 minə yaxın sakini istifadə edir.

Qəsəbənin girişində Bayraq Meydanı tikilmiş, dirəyinin hündürlüyü 25 metr olan dövlət bayrağı ucaldılmışdır. Ərazidə istirahət parkı da salınmışdır. Qəsəbəyə gedən yol genişləndirilmiş, yol boyu abadlıq işləri görülmüşdür.

Bildirildi ki, qəsəbədə dəfələrlə olan ulu öndər Heydər Əliyevin göstərişi ilə 1960-cı illərin sonunda burada kənd təsərrüfatı sahələrinin suvarılmasında müstəsna əhəmiyyət kəsb edən Lovayın su anbarı tikilib istifadəyə verilmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına isə həmin su anbarının təmirinə başlanmış və hazırda işlər davam etdirilir. Anbarın tutumu 6,3 milyon kubmetr, dərinliyi 17 metrdir. Burada yerləşən 4 aqreqatlı nasos stansiyasının köməyi ilə 1250 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir.

Prezident İlham Əliyev kənd sakinləri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

---------
13:26

AzərTAc xəbər verir ki, martın 13-də Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ümumi sahəsi 700 kvadratmetr olan ikimərtəbəli binanın tikintisinə ötən ilin mayında başlanmışdır. Binada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.

Burada, həmçinin ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin həyat və fəaliyyətini, Astara rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və xidməti otaqlar da vardır.

Qeyd edildi ki, hazırda YAP Astara rayon təşkilatının üzvlərinin sayı 5 min 831 nəfərdir.

Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

----------
13:00

AzərTAc xəbər verir ki, martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşmüşdü. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir.

Qeyd edildi ki, xəstəxananın birinci mərtəbəsində qəbul, mama-ginekologiya şöbələri, əməliyyat bloku, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, 10 palata, mətbəx, bufet və xidməti otaqlar vardır. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya və intensiv terapiya şöbələri, əməliyyat bloku, iki əməliyyat zalı, iki intensiv terapiya palatası, 11 palata, mətbəx, bufet və xidməti otaqlar yerləşir. Üçüncü mərtəbədə isə terapiya şöbəsi, 13 palata, mətbəx, bufet və xidməti otaqlar fəaliyyət göstərir.

Xəstəxananın ərazisi abadlaşdırılmış, 1,5 hektar sahədə müasir tələblərə cavab verən yeni istirahət parkı salınmış, yaşıllıq zolağı genişləndirilmişdir. Parkda yay istirahət yerləri quraşdırılmışdır.

Dövlətimizin başçısı xəstəxananın kollektivi ilə görüşdü.

Kollektiv adından çıxış edən həkim Aliyə Həsənova ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Sonda xatirə şəkli çəkdirildi.

----------
12:41

AzərTAc xəbər verir ki, martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

İdmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə məlumat verildi ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Müasir olimpiya kompleksinin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artıracaqdır.

Dövlətimizin başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanmış, inşaat işləri yüksək səviyyədə aparılmışdır. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

Qeyd edildi ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait vardır. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir.
Bildirildi ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, rayonun idman məktəbinin yetirmələri Cəbrayıl Həsənov və Sona Əhmədli İstanbulda sərbəst güləş üzrə keçirilən dünya çempionatında bürünc medal qazanmışlar. Cəbrayıl Həsənov 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Bundan başqa, Azərbaycan Şahmat Federasiyasının qərarı ilə rayonun şahmat məktəbində bir həftə ərzində 150 idmançı arasında respublika çempionatı keçirilmişdir. 2012-ci ilin "İdman ili” elan edilməsi ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. Yeni tikilmiş Olimpiya İdman Kompleksi isə "İdman ili”nə ən böyük hədiyyədir.

Dövlətimizin başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, ikimərtəbəli kotteclərdə eyni vaxtda 40 nəfər qala bilər.

Prezident İlham Əliyev kompleksin açılışı mərasimində çıxış etdi.

Yüngül atletika üzrə 16 qat Azərbaycan çempionu Fikrət Qafarov idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.

---------
11:44

AzərTAc xəbər verir ki, martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılmışdır. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılmışdır. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Просмотров: 252 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031