Суббота, 04.05.2024, 14:05
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 24 » Ombudsmanın nümayəndələri polis şöbələrinin müvəqqəti saxlama yerlərinə baxış keçiriblər
16:24
Ombudsmanın nümayəndələri polis şöbələrinin müvəqqəti saxlama yerlərinə baxış keçiriblər



Cəlilabad. Ağəddin Babayev - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)  Cəlilabad Regional Mərkəzinin əməkdaşları yanvarın 23 və 24-də Neftçala, Biləsuvar və Cəlilabad Rayon Polis Şöbələrinin Müvəqqəti Saxlama Yerlərinə (MSY) baxış keçiriblər. APA-nın cənub bürosunun məlumatına görə, mərkəzin əməkdaşları saxlanılan şəxslərin hər biri ilə təklikdə söhbət apararaq, onların saxlanılmasının qanuniliyini təsdiqləyən sənədləri, saxlanılma şəraitinin müvafiq normalara uyğunluğunu, vəkillə təmin olunmalarını,  tutularkən, istintaq və ya digər hərəkətlərin həyata keçirilməsi zamanı hər hansı təzyiqə məruz qalıb-qalmamalarını, tibbi yardımın göstərilməsini, saxlanma şəraiti ilə əlaqədar  kameraların normal işıqlanma və ventilyasiyasını, kamerada istirahət üçün avadanlıqlar, gigiyena tələblərinə riayət olunma, gündəlik isti yeməyin verilməsini yoxlayıblar. Bundan əlavə, saxlanılan şəxslərin öz hüquqları barədə məlumatlandırılması müəyyənləşdirilərək,  hüquqları bir daha onlara izah edilib, MSY-nin əməkdaşlarına müvafiq tövsiyələr verilib.

 

Söhbət zamanı saxlanılan şəxslər MSY-də heç bir hüquq pozuntusuna məruz qalmadıqlarını, onlar üçün normal şəraitin yaradıldığını söyləyiblər. 


Просмотров: 258 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031