Воскресенье, 28.04.2024, 23:17
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 28 » Niderland səfiri Lənkəranda olub
17:14
Niderland səfiri Lənkəranda olub



Lənkəran. Ağəddin Babayev – APA. Noyabrın 28-də Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Peter Uijterlinde Lənkərana səfər edib. APA-nın cənub bürosunun məlumatına görə, diplomat öncə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.

 

Səfir kimi Azərbaycanda 2 il çalışdığı müddətdə Lənkərana ikinci dəfə səfər etdiyini vurğulayan qonaq Lənkəran şəhərinin xeyli inkişaf etdiyini söyləyib. Qonaq Niderland hökumətinin bir neçə sahənin inkişafında, o cümlədən Xəzər dənizinin, yerli çayların sahilbərkitmə işlərində, gülçülük təsərrüfatının dirçəldilməsində Lənkəran rayonuna dəstək verilməsini istisna etməyib.

 

Diplomat Lənkəranda fəaliyyət göstərən bir sıra istehsal müəssisələrinə də baş çəkib, rayonun tarixi abidələri, gəzməli və görməli yerləri ilə tanış olub.

Просмотров: 244 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930