Суббота, 04.05.2024, 11:31
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 25 » “Neftçi” “Xəzər-Lənkəran”ı məğlub edə bilmədi
11:47
“Neftçi” “Xəzər-Lənkəran”ı məğlub edə bilmədi


Dünən Unibank Premyer Liqasının 25-ci turunun 4 oyunu keçirilib. Turun mərkəzi oyununda "Neftçi” "Xəzər Lənkəran”ı qəbul edib. İsmət Qayıbov adına stadionda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 26-cı dəqiqədə Ruslan Abışov və 55-ci dəqiqədə Rahid Əmirquliyev fərqləniblər.

"Qəbələ” doğma divarlar arasında "İnter”i 2:1 hesabı ilə məğlub edib. Yannik Kamanan 61-ci dəqiqədə hesabı açıb. Nizami Hacıyev 76-cı dəqiqədə bərabərliyi təmin etsə də, Deon Darton 83-cü dəqiqədə qələbə qolunu vurub.

"Bakı” öz bazasında "Qarabağ”a 1:2 hesabı ilə məğlub olub. Maksim Medvedyev və Vaqif Cavadovun 8-ci və 48-ci dəqiqələrdə vurduğu qola meydan sahibləri yalnız  72-ci dəqiqədə Rəhman Hacıyevin vurduğu qolla cavab verə biliblər.

AZAL-"Kəpəz oyununda "təyyarəçilər” 2:0 hesabı ilə qələbə qazanıblar. 59-cu dəqiqədə Nuqzar Kvirtiya, 72-ci dəqiqədə isə Georgi Boqyu fəqrləniblər.

Turnir vəziyyəti:

İlk altılıq

1. "Neftçi” – 53 xal (25 oyun)
2. "Qarabağ” -48 (25)
3. "İnter” - 48(25)
4. Xəzər-Lənkəran” – 45 (25)
5. "Qəbələ” – 42 (25)
6. "Bakı” – 38 (25)

İkinci altılıq

7. AZAL – 32 (25)
8. "Rəvan” – 31 (24)
9. "Kəpəz” – 26 (25)
10. "Simurq” – 21 (24)
11. "Turan” – 15 (24)
12. "Sumqayıt” – 15 (24)
Просмотров: 253 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031