Суббота, 27.04.2024, 11:41
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 15 » “Neftçi”, “Qarabağ” və “Xəzər-Lənkəran” Premyer-liqanın 20-ci turunda qələbə qazandılar
21:15
“Neftçi”, “Qarabağ” və “Xəzər-Lənkəran” Premyer-liqanın 20-ci turunda qələbə qazandılar



Bu gün qış fasiləsindən sonra Azərbaycanın futbol Premyer-liqasında ilk oyunlar keçirildi.

20-ci turun ilk matçlarında "Sumqayıt” – "Neftçi” və "Bakı” – "Qarabağ” qarşılaşdılar.

Hər iki görüşlərdə qonaqlar 3:0 hesabı ilə qələbə qazandılar.

"Qarabağ”ı qəbul etmiş "Bakı”nın idman bazasının meydançasında Əfran İsmayılov (27-ci dəqiqə, penalti), Rəşad Sadiqov (48-ci dəqiqə) və Georgi Adamiya (65-ci dəqiqə) fərqləniblər.

"Şəfa” stadionunda isə Bahodir Nasimov dubla imza atıb (50 və 84-cü dəqiqələr), daha bir qolu (45-ci dəqiqə) isə Flavinyo öz aktivinə yazıb.

"Xəzər-Lənkəran” doğma meydançansında AZAL-ı 1:0 hesabı ilə məğlub edib. 73-cü dəqiqədə vurulmuş yeganə qol Rahid Əmirquliyevin aktivinə yazılıb.

2-ci yerə yüksələn "Xəzər-Lənkəran” "İnteri” geridə qoyub. "Baniklər” sabah "Kəpəz”ə qarşı səfər oyunu keçirəcəklər. Bundan başqa, sabah həmçinin "Simurq” – "Qəbələ” və "Rəvan” – "Turan” qarşılaşmaları baş tutacaq.

Turnir cədvəli:

1. "Neftçi” – 40 xal (19 oyun)
2. "Xəzər-Lənkəran” – 38 (19)
3. "İnter” – 36 (18)
4. "Qarabağ” – 32 (19)
5. "Bakı” – 29 (19)
6. "Qəbələ” – 26 (18)
7. AZAL – 23 (19)
8. "Rəvan” – 22 (18)
9. "Simurq” – 19 (18)
10. "Kəpəz” – 16 (18)
11. "Sumqayıt – 15 (19)
12. "Turan” – 11 (18)
Просмотров: 245 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829