Воскресенье, 05.05.2024, 16:38
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 7 » “Neftçi” Azərbaycan Premyer-liqasında “Xəzər Lənkəran”ı darmadağın etdi
15:55
“Neftçi” Azərbaycan Premyer-liqasında “Xəzər Lənkəran”ı darmadağın etdi


Futbol üzrə Azərbaycan çempionatının Unibank Premyer-liqasında 12-ci tura dünən keçirilmiş 2 oyunla yekun vurulub.

Turun mərkəzi qarşılaşması İsmət Qayıbov adına stadionda "Neftçi” ilə "Xəzər Lənkəran” arasında keçirilib.

Oyun gözlənilmədən bakılıların böyükhesablı (5:0) qələbəsi ilə yekunlaşıb. Oyunda iki qolu 20-ci və 33-cü dəqiqələrdə Flavio vurub. Daha iki topu isə 69 və 80-ci dəqiqələrdə rəqib qapısından Bahodir Nasimov keçirib. Oyunda daha bir qola Fərid Quliyev imza atıb (91-ci dəqiqə)

Qeyd edək ki, 5-ci dəqiqədə baş hakim Elnur Muradov "Neftçi”nin futbolçusu Rəşad Abdullayevi rəqib oyunçunun sifətinə zərbə vurduğuna görə meydandan qovmalı idi. Ancaq qırmızı vərəqə göstərilmədi.

Onu da qeyd etmək lazımdır ki, hava şəraiti də oyuna təsirini göstərib. Qazonda yaranan gölməçələr komandaların yerlə oynamalarına imkan verməyib.

Günün digər oyununda "İnter” səfərdə "Turan”ı məğlub edib. Yeganə qolu 10-cu dəqiqədə Nizami Hacıyev vurub.

Bununla da, "Neftçi” və "İnter” praktiki olaraq bir müddət əvvələ qədər üstünlüyü sarsılmaz görünən "Xəzər Lənkəran”a çatıb.

Turnir cədvəli:

1."Xəzər-Lənkəran” - 26 xal (12 oyun)
2."Neftçi” - 25 (12)
3."İnter” - 24 (12)
4."Qarabağ” - 20 (12)
5."Bakı” - 19 (12)
6."Qəbələ” - 15 (12)
7."Rəvan” - 14 (12)
8.AZAL – 13 (12)
9."Kəpəz” - 12 (12)
10."Simurq” - 12 (12)
11."Turan” - 10 (12)
12."Sumqayıt Şəhər” - 9 (12)
Просмотров: 305 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930