Вторник, 23.04.2024, 16:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 4 » Narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran sakini tutulub
16:27
Narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran sakini tutulub

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs zərəsizləşdirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər Rayon Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, 1977-ci il təvəllüdlü Anar Yaqub oğlu Ramazanov şübhəli şəxs qismində saxlanılıb.

ŞRPŞ-yə gətirildikdən sonra A.Ramazanovun idarə etdi "VAZ-21074" markalı, 10 NH 535 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilən zaman arxa oturacaqda sellofan torbadakı 5 ədəd sellofan bükümündə olan külli miqdarda hesab edilən 1230,45 qram çəkidə narkotik vasitə sayılan tiryək aşkar edilərək götürülüb. Hazırda polis narkotik vasitənin hansı mənbədən əldə edilməsi istiqamətində tədbirləri davam etdirir.

Qeyd edək ki, saxlanılan A.Ramazanov əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 263 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728