Пятница, 03.05.2024, 14:16
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Август » 20 » Nəqliyyat naziri Masallıda vətəndaşları qəbul edib
15:13
Nəqliyyat naziri Masallıda vətəndaşları qəbul edib



Masallı. Ağəddin Babayev – APA. Nəqliyyat naziri Ziya Məmmədov avqustun 20-də Masallı şəhərindəki Gənclər Mərkəzinin binasında vətəndaşları qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından 30-dək vətəndaşı qəbul edən Z. Məmmədov onların şikayət və təkliflərini dinləyib.

 

Görüşə Milli Məclisin deputatı, "Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və Nəqliyyat Nazirliyinin digər rəsmiləri  də qatılıblar. Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub. Qəbul zamanı qaldırılan bir sıra məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.

Просмотров: 279 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2013  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031