Понедельник, 29.04.2024, 00:27
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 31 » Müqəddəs ziyarətgahlar...15-16 əsrlərə aid Bobogil piri
16:59
Müqəddəs ziyarətgahlar...15-16 əsrlərə aid Bobogil piri


Respublikamızın hər yerində olduğu kimi cənub bölgəsində də insanların inanc yerinə çevrilmiş əhali tərəfindən sıx şəkildə ziyarət olunan pir və ziyarətgahlar çoxluq təşkil edir. İllər uzunu yerli əhalinin xüsusi inam və məhəbbət bəslədiyi müqəddəs ziyarətgahlardan biri də Lerik rayonu ərazisində yerləşən, Şirvan-Abşeron memarlıq məktəbinə məxsus olan, dövlət tərəfindən ölkə  əhəmiyyətli tarixi abidə kimi qorunan 15-16-cı əsrlərə aid Bobogil türbəsidir.

Haqqında danışdığımız ziyarətgah vaxtilə Gilandan Astaraya gələrək, Asnaqaranda (indiki  Dəmirçilər kəndində) məskunlaşmış Sultan babanın adı ilə bağlıdır. Onun ləqəblərindən biri talışca «Asnaqaran», farsca «Аһəngəran» olmuşdur. «Bobogil» sözünün mənası isə yerli əhalinin dediyinə görə, «Gilanlı baba» deməkdir. Sufi şeyxinin əsl adı bəlli deyil. Onun XI əsrdə yaşadığı ehtimal edilir. Gilanlı Babanın başqa adının Sultan baba olduğu deyilir. Sultan baba ruhani-alim olub. O, vaxtilə İran ərazisindəki Gilan şəhərindən Azərbaycan Astarasına gəlib, Dəmirçilər kəndində yaşayıb və burada vəfat edib. Bobogil məqbərəsində yazılı kitabə qalmayıb. Milli Elmlər Akademiyası Tarix İnistutunun elmi arxivində Bobogil məqbərəsindən götürulmuş bir kitabə saxlanılır. Sənədlərdə göstərilib ki, vaxtilə Azərbaycana gələn Sultan baba imamları təbliğ edirmiş. Orta əsrlərin yadigarı olan bu müqəddəs məkan xeyriyəçi İslam Hacı Sadıq oğlu  Kərimovun təşəbbüsü ilə inşaatçı Hacı Ağamirzə Hacı Ataxan oğlu tərəfindən 1998-1999-cu  illərdə bərpa edilərək türbə kimi tikilmişdir. Onun sayəsində pir əsaslı təmir olundu, dəstəmazxana, ziyarətçilər üçün istirahət yeri, qurban kəsimi üçün yer düzəldildi, işıqlandırma sistemi quraşdırıldı, bulaqlardan su xətti çəkildi. Bu müqəddəs məkanı ziyarət edən  müsəlmanlar Allaha ibadət edib ondan yardım istəyirlər. Zəvvarlar bu Ziyarətgahda namaz  qılıb, dualar edirlər və onların niyətlərinin yerinə yetəcəyini deyirlər. Ziyarətçilər buranı ziyarət  etmələrinə səbəb kimi, insanın mənəviyyatının təmizlənməsi, qəlbinin saflaşması, Allaha daha da yaxın olması üçün bir vasitə olduğunu dilə gətirdilər.

   CTV.az

Просмотров: 256 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031