Пятница, 29.03.2024, 16:44
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2016 » Август » 16 » Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ali məktəblərə qəbul üzrə rekord nəticə göstərib
17:21
Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ali məktəblərə qəbul üzrə rekord nəticə göstərib

Biləsuvar. Ağəddin Babayev – APA. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına  Biləsuvar Təhsil Kompleksinin cari ildə məzun olan 24 şagirdi ənənəyə sadiq qalaraq ötən illərdə olduğu kimi bu il də respublikanın nüfuzlu ali məktəblərinə 100%-lik nəticə ilə qəbul olunublar. APA-nın cənub bürosunun məlumatına görə. Təhsil Kompleksinin bu ilki məzun buraxılışı üzrə 24 şagirdindən 15-i (62.5%) 600 baldan yuxarı toplamaqla orta bal 606.625 təşkil edib. Məzunlardan 7 nəfəri Qafqaz Universitetinə, 4 nəfəri Xəzər Universitetinə, 4 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 3 nəfəri Azərbaycan Tibb Universitetinə, 2 nəfəri Bakı Ali Neft Məktəbinə, 2 nəfəri Bakı Dövlət Universitetinə, 1 nəfəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 1 nəfəri isə Fransa-Azərbaycan Universitetinə qəbul olunublar. 

Xatırladaq ki, buna qədərki 3 məzun buraxılışı da 100 faizali məktəblərə qəbul olan Təhsil Kompleksinin ötən tədris ilində ali məktəblərə qəbul göstəriciləri üzrə orta balı 623 olub ki, bu da respublika üzrə rekord göstəricidir. 

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan müasir təhsil kompleksi 2010-cu ildə Biləsuvar şəhərində Mərkəzi Bankın dəstəyi ilə açılıb. Beynəlxalq təhsil standartlarına cavab verən təhsil kompleksinin açılmasında məqsəd şagirdlərə milli və bəşəri dəyərləri, vətəndaşlıq şüurunu aşılamaq, hər bir şagirdin şəxsiyyətini və yaradıcı potensialını inkişaf etdirmək, müstəqil həyata hazır intellektuallar yetişdirmək və liderlik keyfiyyətlərini təlqin etdirməkdən ibarətdir. 

Просмотров: 238 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2016  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031