Суббота, 27.04.2024, 23:52
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Декабрь » 8 » Mirça Rednik “Xəzər Lənkəran” klubundan 300 min avro təzminat istəyir
16:49
Mirça Rednik “Xəzər Lənkəran” klubundan 300 min avro təzminat istəyir


Mirça Rednik "Xəzər Lənkəran” klubundan kompensasiya tələb etmək niyyətindədir. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, ötən bazar müqaviləsi başa çatmamış cənub təmsilçisinin baş məşqçisi vəzifəsindən ayrılan 49 yaşlı mütəxəssis 300 min avro təzminat istəyir.


Rednik "ağ-yaşıllar”ın rəsmi saytında müqavilənin qarşılıqlı razılıq əsasında pozulması haqda yazılan xəbərin həqiqətdən uzaq olduğunu açıqlayıb: "Xəzər Lənkəran”ın rəsmi saytında yazılıb ki, mən onlarla müqaviləni pozmuşam. Amma belə deyil”.

Məsələ ilə bağlı "Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov apasport.az saytına bildirib ki, Rumıniya mətbuatına yer alan xəbər heç bir fakta əsaslanmır: "Bu, Rumıniya mətbuatının növbəti cəfəngiyatıdır. Onların yazdıqlarında heç bir fakta əsaslanmır. Redniklə müqavilə qarşılıqlı razılıqla pozulub. Bunun üçün hər hansısa kompensasiyadan söhbət gedə bilməz. Rednik postundan ayrıldıqdan sonra ilk açıqlamasını məhz apasport.az saytına verib və burada da onun özü həmin faktı deyib. Bunun ardınca - ertəsi gün bütün sənədlər imzalandı və heç bir anlaşılmazlıq qalmadı. Hazırda da onunla münasibətlərimiz normaldır və belə də davam edəcək. Bunun üçün də belə yazılar heç bir həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Rednik Premyer Liqanın XV turunda "İnter”ə 0:1 hesablı məğlubiyyətdən sonra "Xəzər Lənkəran”dan ayrılıb.
Просмотров: 255 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031