Воскресенье, 28.04.2024, 21:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 22 » Milli Mətbuat günü Masallıda qeyd edilib
18:33
Milli Mətbuat günü Masallıda qeyd edilib


Milli mətbuatımızın 137 – ci ildönümü münasibətilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov bir sıra respublika qəzetlərinin və informasiya agentliklərinin bölgə müxbirlərini, televiziya jurnalistlərini və yerli qəzetin əməkdaşlarını qəbul edib. Rayon İcra hakimiyyəti başçısı aparatında çay süfrəsi arxasında keçən söhbət zamanı Rafil Hüseynov jurnalistləri peşə bayramları münasibətilə təbrik etmiş, dövlət – mətbuat münasibətlərindən danışıb.

Natiq bu münasibətlərin əsasının ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün də uğurla davam etdirildiyini bildirib.
Rafil Hüseynov ölkəmizin sürətli inkiışafının, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında KİV işçilərinin danılmaz rolu olduğunu qeyd edib. Icra başçısı  qəzetlərdə dərc olunan bəzi yazılara münasibət bildirərək vurğulayıb ki, tənqidin də, tərifin də motivləri olmalıdır.

Sonra İcra  başçısı Masallıda da böyük işlər görüldüyünü diqqətə çatdıraraq bildirdi ki, qaz, işıq, yol, infrastrukturları yüksəldilmiş, təhsil obyektləri, səhiyyə ocaqları, mədəniyyət və idman müəssisələrinin tikintisinə önəm verilir.  Hazırda rayonda yüksək səviyyədə abadlıq-quruculuq işləri görülür və su- kanalizasiya xətləri çəkilir.

Tədbirdə bayram münasibətilə jurnalistlərə mükafatlar təqdim olunub.
 

Просмотров: 294 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031