Воскресенье, 05.05.2024, 21:30
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 1 » Milli Məclisin komitə sədri Azərbaycanda qızların nikah yaşının artırılmasının səbəblərini açıqlayıb
15:02
Milli Məclisin komitə sədri Azərbaycanda qızların nikah yaşının artırılmasının səbəblərini açıqlayıb


Nikah yaşı ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişikliklərin əks olunduğu layihə yaxın günlərdə Milli Məclisin plenar iclasına çıxarılacaq. APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
O bildirib ki, Azərbaycanda SSRİ zamanında da nikah yaşı 18 olub və uzun illər bu qayda ilə yaşayan insanların indi bu addımı narazılıqla qarşılaması mümkün deyil: "Məqsəd budur ki, qızlar normal təhsil alsın, fizioloji yetkinlik yaşına çatsın. Bunu mütəxəssislər deyir. Dünyanın 135 ölkəsində qızların nikah yaşı 18-dir. Hətta Pakistan İslam Respublikasında da nikah yaşı 18-dən başlayır”.

H. Rəcəbli əksər ailələrin bu yaş həddinin tərəfdarı olduğunu da qeyd edib: "Qanun yaradıcılığı ağrılı prosesdir. Öncə çətin qəbul edilsə də, sonradan zəruri olduğu dərk edilir. Düşünürəm ki, dəyişiklik proqressiv addımdır. Məsələ bu günlərdə Milli Məclisin plenar iclasına çıxarılacaq. Qəbul edildikdən sonra cəmiyyət bunu yaxşı qarşılayacaq”.
Просмотров: 304 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930