Понедельник, 06.05.2024, 22:30
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 27 » Masallının iki kəndinə qaz verilib
11:42
Masallının iki kəndinə qaz verilib


Masallı. Ağəddin Babayev – APA. Ötən gün Masallının daha iki yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Həsənli və Məmmədxanlı kəndlərinə təbii qaz verilib və bu münasibətlə təntənəli mərasim keçirilib.   

ARDNŞ-in "Azəriqaz” İstehsalat Birliyinin və Masallı Rayon İcra Hakimiyyəti Aparatı nümayəndələrinin, kənd sakinlərinin qatıldığı tədbirdə bildirilib ki, rayon mərkəzindən 13 km-lik məsafədə yerləşən Həsənli kəndində 535, Məmmədxanlı kəndində isə 180 evdə sayğac quraşdırılıb. 

Masallı Rayon Qaz İstismar Sahəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda rayonun 70 faizi təbii qazla təchiz olunub. Cari ilin sonunadək daha iki yaşayış məntəqəsinə qazın verilməsi nəzərdə tutulub. 

Hazırda rayon üzrə təbii qazdan istifadə edən abonentlərin sayı 23 min 155-i ötüb. "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na (2009-2013-cü illər) müvafiq olaraq Masallı rayonunda qazlaşdırma işləri gələn il tam başa çatdırılmalıdır.
 
Просмотров: 227 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031