Понедельник, 29.04.2024, 07:11
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 8 » Masallının daha beş yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub
18:24
Masallının daha beş yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub



Masallı. Ağəddin Babayev – Dövlət Bayrağı Günü ərəfəsində Masallının daha beş yaşayış məntəqəsinə - Xırmandalı, Ərəb, Hacıtəpə, Təkdam və Köçəkli kəndlərinə  təbii qazın verilişi bərpa olunub. Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimlərdə çıxış edən RİH-nin başçısı Rafil Hüseynov yerli sakinləri Dövlət Bayrağı Günü, eləcə də onların evlərinə mavi yanacağın verilməsi münasibətilə təbrik edərək,  ölkəmizdə əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb. Bildirilib ki, ilkin mərhələdə Xırmandalı kəndində 749, Hacıtəpədə 220, Ərəbdə 164, Köçəklidə  295 və Təkdamda 96 abonent təbii qazdan istifadə edəcək. Bütün üvlər sayğacla təchiz olunub.

Masallı Rayon Qaz İstismar Sahəsinin rəisi Seyran Şahverdiyev APA-nın yerli bürosuna bildirib ki, hazırda rayonun 75 faizi mavi yanacaqla təmin olunub. İlin sonuna kimi Lürən və Pircana kəndlərinə də təbii qaz veriləcək. Hazırda rayon üzrə təbii qazdan istifadə edən abonentlərin sayı 25.244-ə çatıb. "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na (2009-2013-cü illər) müvafiq olaraq Masallı rayonunun tam qazlaşdırılması işi növbəti ildə öz həllini tapacaq.

Просмотров: 329 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930