Понедельник, 06.05.2024, 05:31
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 8 » Masallıda yaşayış evində yanğın olub
10:31
Masallıda yaşayış evində yanğın olub


Masallı. Ağəddin Babayev-APA. Azərbaycanın Masallı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə sentyabrın 7-də saat 21.30 radələrində rayonun Ləngan kənd sakini, 1962-ci il təvəllüdlü İsaq Hüseyn oğlu Həsənova məxsus ümumi sahəsi 324 kvadrat metrlik ikimərtəbəli, beşotaqlı fərdi yaşayış evində qeydə alınıb.

 Hadisə yerinə 2 yanğınsöndürən maşın göndərilib və onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, evin ikinci mərtəbəsində yerləşən mətbəxin 20 kvadrat metr sahədə tavanı və əşyaları qismən yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahibinin mənzildə olan qızı, 1989-cu il təvəllüdlü Vüsalə Həsənova tüstüdən zəhərlənib, o yanğınsöndürənlər tərəfindən xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
Просмотров: 303 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930