Вторник, 07.05.2024, 18:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 14 » Masallıda yanacaqdoldurma stansiyasında yanğın olub
15:32
Masallıda yanacaqdoldurma stansiyasında yanğın olub


Azərbaycanın Masallı rayonunda güclü yanğın hadisəsi baş verib. 
APA-nın Cənub bürosunun məlumatına görə, hadisə avqustun 14-də saat 11.00 radələrində Ələt-Astara magistralının 164-cü kilometrliyində, Masallı şəhərinin Seybətin dairəsində yerləşən, 1982-ci il təvəllüdlü Qadir Allahqulu oğlu Zaynalova məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb.   Yanğını söndürmək üçün birinci dərəcəli çağırış elan edilib və dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın, o cümlədən Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti cəlb olunub. Rayon Polis Şöbəsinin əməkdaşları isə yanğın baş verən ərazini mühasirəyə alıb və əhali 150 metrlik ərazidən təxliyə edilib. 

Yanğın yanacaqdoldurma məntəqəsinin çəninə yanacaq boşaltmaq məqsədilə yan alan, 43 yaşlı Balaxan Ağaxan oğlu Rəcəbovun idarə etdiyi "KamAZ” markalı qoşqulu maşının alışmasından yaranıb. Həmin vaxt maşında Aİ 92 markalı 31 ton 600 litr benzin olub. Bunun 4 ton 600 litri yerdə olan ümumi həcmi 40 tonluq çənə boşaldılarkən alışma baş verib. Nəticədə 4 ton 600 litr benzin və "KamAZ”ın dartqı hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində 8 ədəd yanacaq çəni - ümumi həcmi 230 ton olan benzin mühafizə edilib. Eyni zamanda yaxınlıqdakı sahəsi 3500 kvadratmetr olan mebel mağazası, yanacaqdoldurma məntəqəsinin inzibati binası mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Əməliyyat-İstintaq İdarəsində araşdırmalara başlanılıb. İlkin versiya kimi hadisəyə yanacaq boşaldılarkən texniki təhlükəsizlik qaydalarına əməl edilməməsinin səbəb olduğu göstərilir.
Просмотров: 264 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031