Суббота, 27.04.2024, 15:28
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 17 » Masallıda “Xocalı-tarixin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib
21:23
Masallıda “Xocalı-tarixin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib


Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının Gənclər Birliyi bu gün "Xocalı - tarixin qanlı sahifəsi” mövzusunda tədbir keçirib. APA-nın cənub bürosunun məlumatına görə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Masallı rayon Gənclər Birliyinin sədri Seymur Nuriyev Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan çox soydaşımızın öz yaşayış məskənlərindən didərgin düşdüyünü, minlərlə insanın isə həlak olduğunu ürək ağrısı ilə qeyd edib.
YAP fəalı Həmid Süleymanov "Xocalı- tarixin qanlı sahifəsi” mövzusunda məruzəsi ilə çıxış edib. Məruzədə Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-a keçən gecənin Xocalı faciəsi kimi daxil olduğunu, bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edilməklə azərbaycanlılara qarşı soyqırımı aktının törədildiyini və cəmi bir neçə saat ərzində 613 soydaşımızın, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirildiyini bir daha yada salınıb.
Ərkivan qəsəbə orta məktəbin direktoru Sübhan Şiriyev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Fərasəddin Fərziyev, YAP fəalları Kənan Haşımov, Namiq Abuşov və digərlərinin çıxışlarında da insanlığa qarşı yönələn erməni qəddarlığından söz açılıb.

Просмотров: 247 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829